Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 16-da)

…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır.
…Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür.
…Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir.
…və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar.
…və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.
…"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.

Tikinti bazarında böhran gələn ilin əvvəlinədək davam edəcək

16.01.10 - 16:33128 baxılıb

Nüsrət İbrahimov: "Maliyyə bazarında vəziyyət stabilləşsə, bu sahəyə yönəldilən vəsaitin miqdarı da arta bilər"

Son bir neçə ay müddətində respublikamızın tikinti sektorunda böhran davam edir. İstər yeni tikilən binaların sayında, istərsə də mənzillərin qiymətində azalma qeydə alınıb. Təkcə ötən ay paytaxtda tikilən yeni binaların sayı 463-dən 453-ə enib. Şəhər üzrə satış üçün təklif olunan mənzillərin orta qiyməti ay ərzində 3 faiz azalıb. Maraqlıdır ki, bu nə ilə bağlıdır və nə vaxtadək davam edəcək?

Məsələyə münasibət bildirən "MBA Group Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimovun tikinti sektorunda böhranın gələn ilin ortalarınadək davam edəcəyini bildirib: "Paytaxtın mənzil bazarında real tələb təklifə nisbətən hər ay aşağı düşür. Buna görə də həm mənzillərin satışı azalır, həm də qiymətlər ucuzlaşır. Bununla yanaşı, yeni tikilən binaların sayı da azalır. İş adamları əllərində olan məhsulu realizə etməlidirlər ki, bizneslərini davam etdirsinlər. Əgər satış zəifləyirsə, onlar qiymətlərdə güzəştə gedirlər. Son nəticədə isə bu hallar bazarda aktivliyin aşağı düşməsinə səbəb olur. Hesab edirəm ki, 2010-cu ilin ortalarınadək bu proses davam edəcək".
N.İbrahimov ötən il bir neçə tikinti şirkəti tərəfindən vətəndaşların aldadılması hallarının da yeni tikilən binalara marağın azalmasına təsirsiz ötüşmədiyni bildirdi: "2007-ci ildə paytaxtda hündürmərtəbəli binanın uçmasından sonra daşınmaz əmlak bazarında passivlik yarandı. Sonradan isə əhalinin bəzi tikinti şirkətləri tərəfindən aldadılması yeni tikililərə marağı daha da azaltdı. Bununla da əmlak bazarında tənəzzül başladı. Tikinti sektoruna yönəldilən pul kütləsinin azalması böhranı dərinləşdirdi".
N.İbrahimov qarşıdakı aylarda da tikinti sektoruna əlavə vəsait yönəldilməsini istisna etdi: "İnvestorlar hələ ki, gözləmə mövqeyindədir. Onlar bazarda aktivliyin artmasını gözləyirlər. Əgər maliyyə bazarında vəziyyət stabilləşsə, bu sahəyə yönəldilən vəsaitin miqdarı da arta bilər".

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.

Oruc MUSAYEV,
Şirvan şəhəri.

- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur:
o aylıq müavinət
o dövlət qulluqçularına ömürlük müavinət
o yaşa görə müavinət
o əlilliyə görə müavinət
o 16 yaşadək əlil uşaqlara müavinət
o ailə başçısını itirməyə görə müavinət
o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət.
o 3 yaşadək uşağa qulluğa görə müavinət
o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət
o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət.
o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət
o birdəfəlik müavinətlər
o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət.
o uşağın anadan olmasına görə müavinət.
o dəfn üçün müavinət.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.