Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Əli Məsimli: "Bu yolla iqtisadi fəallığı artırmaq mümkündür"
"Vergi dərəcələri tədricən aşağı salınmalıdır", - Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Əli Məsimli bu fikirdədir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan dünyada tüğyan edən qlobal iqtisadi böhrandan ən az itki ilə çıxan ölkələr sırasındadır. Amma hələ də iqtisadi böhran başa çatmayıb. Bəzi iqtisadçıların fikrincə, onun yeni dalğası gözlənilir. Ekspertlərin hesablamalarına görə, 2010-cu ildə dünya ölkələrinin qeyri-neft sektorunun ixracat imkanları geniş olmayacaq. Bu xəbərdarlıq Azərbaycana da aiddir. Belə bir şəraitdə hökumət qeyri-neft sektorunun inkişafı üçün əlavə addımlar atmalıdır. İlk növbədə ölkədə iqtisadi fəallığın artırılması gündəmə gətirilməlidir. Millət vəkilinin fikrincə, hökumət daxili bazarın qorunması və iqtisadi fəallığın artırılması istiqamətində müvafiq addımlar atsa, bu, böhranın təsirlərini bir qədər də azaldacaq. Bundan əlavə, hökumət ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün vergi islahatlarını davam etdirməlidir: "İndiki halda mən Azərbaycanda mənfəət vergisinin 22 faizdən 20 faizə endirilməsini təklif edirəm. Amma bu da son hədd olmamalıdır. Növbəti ildən mənfəət vergisi 20 faizdən 18 faizə endirilməlidir. Gəlirləri 2000 manatdan artıq olan fiziki şəxslərin ödədikləri gəlir vergisi bir qədər də aşağı salınmalıdır. Düzdür, bu göstərici 35 faizdən 30 faizə endirilib, amma bunun daha 5 faiz endirilməsinə ehtiyac var. Eyni zamanda daha yüksək vergiyə cəlb olunan məbləğ də 2000 manatdan 3000 manata qədər artırılmalıdır. Bu, ölkədə orta təbəqənin güclənməsinə dəstək olardı. Orta təbəqənin əlində əlavə vəsaitlərin olması isə bütövlükdə ölkə iqtisadiyyatı üçün çox vacibdir". Ə.Məsimlinin fikrincə, hökumət əhalinin aşağı təbəqələrinin maraqlarını da nəzərə almalıdır. Çünki ölkədə minimum əməkhaqqı hələ də yaşayış minimumuna çatmayıb. Üstəlik son iki ildə minimum əməkhaqqının artımı baş vermir. Belə olan halda hökumət gəlirləri yaşayış minimumu səviyyəsində olan fiziki şəxslərdən vergi tutmamalıdır: "Bu təklifin nəzərə alınması əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım olardı". İqtisadçı millət vəkili həmçinin əlavə dəyər vergisinin (ƏDV) aşağı salınmasının da hökumətin gündəmində olmasını vacib hesab edir. Onun sözlərinə görə, dünya praktikasına görə, ƏDV aşağısı 4, yuxarısı 14 faiz olduqda effekt verir. Azərbaycanda isə bu vergi dərəcəsi 18 faizdir. Buna görə də hökumət 2011-2014-cü illərdə ƏDV-ni ildə 1 faiz aşağı salmaqla 14 faizə endirməlidir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.