Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İsveçrədə növbəti Davos İqtisadi Forumunda bir sıra məsələlər müzakirə olunsa da, diqqət çəkən məqamlardan biri də qlobal maliyyə böhranının ikinci dalğasının gəlməsi ilə əlaqədar səslənən fikirlər olub. Davos İqtisadi Forumunda qlobal maliyyə böhranının ikinci mərhələsində şirkətlər deyil, dövlətlər müflis olacaq. Dövlətlər şirkətləri düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün büdcədən müəyyən vəsaitlər ayırır ki, bu da nəticə etibarilə dövlətin üzərinə düşən sosial öhdəlikləri yerinə yetirməsində problemlər yaradır. Artıq Avropa və digər dövlətlərin maliyyə gəlirləri aşağı düşüb.
Qlobal krizisin ikinci dalğasının Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, iqtisadçılar bunun ölkəmiz üçün ciddi təhlükə olmadığını deyirlər. Çünki 2010-cu ildə sosial öhdəliklərin yerinə yetirilməsində problemlərin yaşanmayacağı gözlənilir. Lakin neftin qiymətinin qeyri-stabilliyi nəticəsində bir sıra layihələrin təxirə düşəcəyi də istisna edilmir. İqtisadçı-ekspert Qadir İbrahimli də qlobal iqtisadi böhranın ikinci dalğasının gəlməsi ilə bağlı yayılan məlumatların və digər sosial problemlərin neftin qiymətinin qalxmayacağını, əksinə, aşağı düşəcəyini deməyə əsas verir. Q.İbrahimli bu azalmalar nəticəsində neftin qiymətinin 40 dollar təşkil edəcəyini deyib: "Neftin qiyməti hansısa iqtisadi amillərlə bağlı olaraq dəyişmir. "Qara qızıl"ın qiymətində olan hər hansı dəyişiklik müəyyən mənada siyasi amillərlə də bağlıdır. Burada dollarla avro arasında olan rəqabət, bundan başqa, Avropa Birliyi ilə ABŞ arasında olan iqtisadi rəqabət, o cümlədən AB ilə İran və digər ölkələr arasında olan iqtisadi rəqabət də rol oynayır. Xarici fondlar, maliyyə institutları və digər qurumlar qlobal maliyyə böhranının ikinci dalğasının gəlməsi ilə əlaqədar artıq həyəcan təbili çalır. Belə bir şəraitdə neftin qiymətinin artmasının iqtisadi əsası ola bilməz". İqtisadçıların proqnozlarına inansaq, yaxın vaxtlarda avronun məzənnəsi dollara nisbətən aşağı düşəcək. Çünki ABŞ-ın dolların məzənnəsinin qorunması yönündə həyata keçirdiyi məqsədli siyasət öz bəhrəsini verməkdədir. Bir müddət əvvəl ABŞ-ın Mərkəzi Bankı dünyada dollar investisiyasının azaldılması ilə bağlı qərar qəbul etdi. Həmin bankın bu qərarına nəinki ABŞ-da, eyni zamanda dünyanın bir sıra ölkələri də buna qoşulub. Bu birbaşa onunla əlaqədar idi ki, dolların məzənnəsi avroya nisbətən aşağı düşmüşdü. Dolların məzənnəsinin aşağı düşməsi ABŞ iqtisadiyyatına və onun valyutasına olan inamın azalması ilə əlaqədar idi. İqtisadçıların sözlərinə görə, 2010-cu ildə dollar yığım üçün daha etibarlı valyuta olacaq. Bu, cari ildə ABŞ iqtisadiyyatında gözlənilən artımla əlaqədar əsaslandırılır. Hazırda avrozonaya daxil olan bir sıra ölkələrdə kifayət qədər ciddi problemlər var, Yunanıstan və İslandiya kifayət qədər dövlət borcuna malikdir. Bütün bunlara baxmayaraq, avronun bir valyuta kimi sıradan çıxması ehtimalı yoxdur. Avronu Fransa və Almaniya kimi inkişaf etməkdə olan ölkələr dəstəkləyir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.