Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

VERGİLƏRİ TERMİNALDA ÖDƏYİN!

15.09.07 - 9:05304 baxılıb

VERGİLƏR NAZİRLİYİ İLİN SONUNADƏK BÜTÜN REGİONLARDA KOMPYUTER TERMİNALLARI QURAŞDIRACAQ

Azərbaycanda elektron bəyannamələrin tətbiq olunmağa başlandığı vaxtdan vergi ödəyiciləri bu imkandan geniş istifadə etməyə başlayıblar. Təkcə sentyabrın 1-dən bu günədək onlardan 3000-ə yaxını bəyannamələrini elektron variantda təqdim edib. Bütövlükdə Azərbaycanda 200 minə yaxın vergi ödəyicisi var.
Vergilər Nazirliyinin (VN) Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədovun sözlərinə görə, hər gün quruma 200-300-ə yaxın elektron bəyannamə daxil olur. Qeyd edək ki, bəyannamələrin elektron formada qəbuluna bu ilin martından başlanılıb.
E.Məmmədov bildirib ki, vergi ödəyiciləri tərəfindən elektron formada göndərilən bəyannamələrdə əks olunan informasiyaların işlənilməsi, eləcə də artıq ödəmələrlə bağlı bütün hesablama işləri xüsusi proqram - Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) tərəfindən aparılır. E.Məmmədov bəyannamələrin elektron formada təqdimlənməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, elektron bəyannamə sisteminin tətbiqi vergi ödəyicilərinə şəxsi vərəqələrinə birbaşa baxma imkanı verir. Artıq əvvəllər olduğu kimi, onların öz şəxsi vərəqələrində hər hansı bir məlumatla tanış olmaq üçün nə vergi orqanına gəlib növbələrə durmağa, nə də vergi əməkdaşları ilə hər hansı mübahisəyə səbəb qalmır.
İri vergi ödəyiciləri tərəfindən 700-ə yaxın elektron bəyannamənin daxil olduğunu deyən E.Məmmədov bəyannamələrin göndərilməsi qaydalarını da izah edib. Bəyannamələri elektron formada təqdim etmək üçün öncə vergi orqanından şifrə alınmalıdır. Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytına daxil olmaqla orada yerləşdirilmiş ərizə formasını və müqaviləni doldurmalı, ərizə formasından 1 nüsxə, müqavilə formasından isə 2 nüsxə vergi orqanına təqdim edilməlidir. Bu prosesdən sonra gizli şifrə verilir.
E.Məmmədov ölkənin bütün yerlərində elektron bəyannamələrin tətbiqini intensivləşdirmək üçün kompyuter terminallarının quraşdırıldığını da qeyd edib.
O bölgələrdə ki vergi orqanları yoxdur, həmin ərazilərdə kompyuter terminalları quraşdırılacaq və hər kəs bu sistemdən istifadə etmək imkanı əldə edəcək. Artıq Bakıda, Sumqayıtda, Qəbələdə, Göyçayda bu tip kompyuter terminalları quraşdırılıb və müsbət nəticələr də əldə edilib.
İdarə rəisinin dediyinə görə, 2007-ci ilin sonuna kimi bütün regionlarda kompyuter terminallarının quraşdırılması başa çatdırılacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.