Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

GƏLƏN İLİN BÜDCƏ PAKETİ HAZIRDIR

20.10.07 - 9:08280 baxılıb

BÜDCƏ 10 MİLYARD DOLLARI KEÇƏCƏK

Nazirlər Kabineti dövlət büdcəsi layihəsini ölkə prezidentinə sentyabrın 25-də təqdim etmişdi. Gələn il büdcə gəlirlərinin bu ilkindən təxminən 28 faiz çox, yəni 7 milyard 282 milyon manat həcmində olacağı proqnozlaşdırılır.
Büdcə xərcləri isə bu illə müqayisədə 35 faizə yaxın artırılaraq 8 milyard 509 milyon manata çatdırılıb. Büdcənin kəsir hissəsi 1 milyard 126 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da gələn il gözlənilən ümumi daxili məhsulun 4,3 faizi qədərdir.
Büdcə ilk dəfə müstəqil Azərbaycanın tarixində 10 milyard dolları keçəcək. Qeyd edək ki, gələn ilin büdcə gəlirlərində neft sektoru üzrə 17 faiz, qeyri-neft sektoru üzrə isə təxminən 43 faiz artım olacaq.
Daxilolmaların böyük hissəsi isə Vergilər Nazirliyinin payına düşür. Nazirlik gələn il builkindən təxminən 18 faiz çox, yəni 5 milyard manat məbləğində vergi yığmalı olacaq.
Dövlət Gömrük Komitəsinin öhdəliyi 43 faizə yaxın artırılaraq 1,2 milyard manata, Dövlət Neft Fondundan transferlərin məbləği isə 88 faiz artırılaraq 1,1 milyard manata çatdırılıb.
Dövlət büdcəsinin xərclər strukturunda isə cari xərclər əsas yer tutur - 4 milyard 737 milyon manat. Bunun isə 2 milyard 787 milyon manatı sosial xərclərdir. İnvestisiya qoyuluşları 3 milyard 688 milyon manat, cəlb edilmiş kreditlərə görə ödənişlər isə 84 milyon manat təşkil edəcək.
2008-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 10 milyard 508 milyon manat, xərcləri isə 10 milyard 184 milyon manat həcmində proqnozlaşdırılır. İcmal büdcəsinin kəsir hissəsi isə 324 milyon manat və yaxud ÜDM-in 1,2 faizi qədər olacaq.
"2008-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi hazırda parlamentin ayrı-ayrı daimi komissiyalarında öyrənilir. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, növbəti mərhələdə prosedura uyğun olaraq büdcə bütün daimi komissiyalarda müzakirədən keçməli, müvafiq təkliflər səslənməlidir.
Millət vəkili yalnız büdcənin komissiyalarda müzakirəsinin başa çatmasından sonra onun plenar iclasa tövsiyə olunacağını qeyd edib.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.