Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 16-da)

…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır.
…Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür.
…Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir.
…və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar.
…və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.
…"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.

Əməkhaqqının az olması narazılığa səbəb olacaq

06.02.10 - 20:5663 baxılıb

Britaniyanın "Hevvlett-Paskard" və Hindistanın "Nokia" şirkətlərinin işçiləri etiraz aksiyası keçirməyi planlaşdırırlar. Hər iki şirkətin işçilərinin tətil keçirmə səbəbi əməkhaqqının azalması və kütləvi ixtisarların aparılmasıdır.

"Hevvlett-Paskard"ın işçiləri həmkarlar ittifaqının şirkət rəhbərliyi ilə apardığı danışıqların uğursuz nəticəsindən narazı olduqlarını bildiriblər. Həmkarlar ittifaqının nümayəndələri onu da bildiriblər ki, ötən il işçiləri nəzərdən tutulandan artıq işləmişlər və nəticədə şirkətin illik gəliri 30, 8 milyard dollaradək artmışdır. Bunun müqabilində isə şirkət rəhbərliyi onların əməkhaqlarını azaltmış və ixtisarlar aparmışlar.
Aksiyada təxminən 100 nəfərin iştirak etdiyi gözlənilir. Tətilə "Hevvlett-Paskard"ın ABŞ və İngiltərədə fəaliyyət göstərən filiallarının qatılacağı da istisna edilmir.
Digər bir etiraz aksiyasının isə Hindistanın Çennai şəhərində keçiriləcəyi gözlənilir. Burada "Nokia" şirkətinin işçiləri eyni səbəbdən tətillərə hazırlaşırlar. Aksiyada müəssisənin 8000 işçisindən1200 nəfərin iştirak edəcəyi gözlənilir.
Afaq RƏSULQIZI.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.

Oruc MUSAYEV,
Şirvan şəhəri.

- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur:
o aylıq müavinət
o dövlət qulluqçularına ömürlük müavinət
o yaşa görə müavinət
o əlilliyə görə müavinət
o 16 yaşadək əlil uşaqlara müavinət
o ailə başçısını itirməyə görə müavinət
o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət.
o 3 yaşadək uşağa qulluğa görə müavinət
o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət
o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət.
o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət
o birdəfəlik müavinətlər
o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət.
o uşağın anadan olmasına görə müavinət.
o dəfn üçün müavinət.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.