Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

martın 1-də

… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
… Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.

martın 2-də

… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir.
… Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir.
… Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

martın 3-də

… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.

martın 4-də

… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.

Statistika inkişafdan xəbər verir

16.11.09 - 12:3170 baxılıb

Son illər ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə öz müsbət nəticəsini verməkdədir. Bu ilin 9 ayının yekunları bir daha göstərdi ki, Azərbaycan davamlı inkişaf yolundadır. Nizami Rayon İcra Hakimiyyətində 2009-cu ilin 9 ayının yekunları ilə əlaqədar keçirilən müşavirədə aydın oldu ki, ölkə üzrə əldə olunmuş uğurlardan Nizami rayonuna da xüsusi pay düşür.

Nizami Rayon Statistika Şöbəsinin rəisi Nəcəf İsmayılovun verdiyi məlumata görə, rayonda bir sıra yeni «TSL GROUP» MMC, «İsmayıloğlu-2009» MMC, «Oazis Center» MMC kimi müəssisələr fəaliyyətə başlamış, sakinlərin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görülmüş, genişmiqyaslı abadlıq işləri aparılmışdır.
2009-cu ilin 9 ayı ərzində sənaye məhsulunun həcmi 195,6 milyon manat olmuşdur, bu da ötən il istehsal olunmuş məhsulun 93,8 faizini təşkil edir.
İstehsal olunmuş sənaye məhsulunun 34,7 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 127,7 milyon manatlıq və ya ümumi istehsalın 65,3 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən ət və ət məhsulları istehsalı 2,3 dəfə çox, saflaşdırılmış günəbaxan yağı istehsalı 57,4 faiz çox, saflaşdırılmış qarğıdalı yağı istehsalı 5,9 faiz çox, araq istehsalı 39,9 faiz çox, sement istehsalı 17,5 faiz çox, elektrik enerjisi, qaz, buxar istehsalı və bölüşdürülməsi 7,2 faiz çox, əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə çox olmuşdur.
Tikinti sahəsi üzrə podrat işlərinin həcmi 61,9 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 86,9 faiz təşkil etmişdir.
Bu ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 63,9 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 59,1 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 57,9 milyon manatı və ya 90,6 faizi dövlət, 6,0 milyon manatı və ya 9,4 faizi qeyri-dövlət müəssisələrinə aiddir. İstifadə edilmiş investisiyanın 37,8 milyon manatı və ya 59,2 faizi istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə sərf edilmişdir. Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına 29,5 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, onların da 91,0 faizi istehsal təyinatlı obyektlər üzrədir.
Ticarət sahəsində əvvəlki illərdə olduğu kimi, cari ilin 9 ayı ərzində əmtəə dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlmişdir. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin real həcmi 5,7 faiz artaraq 520,7 milyon manat olmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlərin 23,7 faizini məişət xidmətləri təşkil edir.
Rabitə sahəsində 7,6 milyon manat dəyərində xidmət göstərilmişdir ki, bu da əvvəlki ilə nisbətən 98,9 faiz təşkil etmişdir.
Nəqliyyat sahəsində 21,0 milyon manat dəyərində, əvvəlki ilə nisbətən 49,4 faiz çox xidmətlər göstərilmişdir.
9 ayda rayonda 999 yeni iş yerləri açılmışdır ki, ondan 58-i yeni açılmış müəssisə və təşkilatlara, 68-i mövcud müəssisə və təşkilatlara, 873-ü isə fiziki şəxslərə aiddir.
Ümumilikdə 2003-2009-cu ilin 9 ayında rayonda 14765 yeni iş yeri açılmışdır ki, onun da 14668-i daimi iş yerləridir.
Orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 13,0 faiz artaraq 283,7 manat təşkil etmişdir.
Rasim SÜLEYMANOV.

çap üçün verisya

Axtarish sistemi

  


« March 2010
Mo Tu We Th Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Advokat

- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Qənimət HÜSEYNOV,
Hacıqabul rayonu.


- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin:
o Avtoklavçının 18 təqvim günü,
o Sterilizasiya aparatçısının 18 təqvim günü,
o Baytar həkiminin 24 təqvim günü,
o Həkim, zooloq və entomoloqun 24 təqvim günü,
o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü,
o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü,
o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü,
o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.