Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

martın 1-də

… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
… Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.

martın 2-də

… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir.
… Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir.
… Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

martın 3-də

… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.

martın 4-də

… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.

Şuranın fəaliyyəti qənaətbəxş hesab edildi

01.02.10 - 12:1639 baxılıb

Ötən il 94 reket qəzet sıralarımızdan çıxarılıb

Yanvarın 27-də Mətbuat Şurasının ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi. Toplantını Mətbuat Şurasının sədri Əflatun Amaşov açdı, 2009-cu ildə vəfat etmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Ə. Amaşov Azərbaycan Mətbuat Şurasının 2009-cu ildə gördüyü işlərə dair hesabat verdi.

O dedi ki, ötən il ərzində Mətbuat Şurasına ümumilikdə 489 müraciət daxil olub. Onlardan 176-sı ayrı-ayrı vətəndaşlardan, 167-si dövlət idarə, müəssisə və təşkilatlardan, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır.Daxil olan müraciətlərdən 267-si Şuranın Katibliyində həllini tapıb. 222 müraciət şikayətlər üzrə komissiyada araşdırılıb. 31 şikayətə isə İdarə Heyətində baxılaraq müvafiq qərarlar çıxarılıb.
Şura sədri daha sonra dedi ki, ötən il İdarə Heyəti özünün 12 iclasında 65 kütləvi informasiya vasitəsinin fəaliyyətinin bu və ya digər aspektləri ilə bağlı ümumilikdə 31 qərar qəbul edib. Ötən il 94 reket qəzet sıralarımızdan çıxarılıb.
Hesabat dövrü ərzində MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli ilə bağlı bir neçə iclası baş tutub. Həmin iclaslarda ümumilikdə 25 məsələ müzakirə olunub. Daimi Komissiya ayrı-ayrı jurnalistlərlə bağlı 6 məsələni həll edib. 2 məsələ ilə bağlı toplanmış materiallar araşdırılmaq üçün müvafiq orqanlara göndərilib.
Ə. Amaşov sözünə davam edərək bildirdi ki, Şura tərəfindən "Reket jurnalistika"ya qarşı mübarizə ili elan olunan 2009-cu ildə qurum bununla bağlı mübarizəni iki istiqamətdə aparıb:
1. "Reket nəşr"lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması.
2. "Reket nəşr"lərə qarşı ictimai qınağın fəallaşdırılması.
Şura il ərzində həbsdə olan jurnalistlərin azadlığa çıxmaları istiqamətində müxtəlif səviyyəli görüşlər keçirib. Bununla yanaşı, MŞ İdarə Heyətinin üzvləri həbsxanalarda olaraq məhbus jurnalistlərin saxlanma şəraiti ilə yaxından tanış olublar. Həmçinin onların azadlığa çıxmaları üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanlanıb.
Mətbuat Şurası ölkədə diffamasiya ilə bağlı qanunun qəbuluna dəstək göstərmək məqsədi ilə ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə geniş konfrans təşkil edib.
2010-cu ili "Diffamasiya ili" elan edildiyini qeyd edən Ə. Amaşov cari il ərzində bu qanunun qəbuluna çalışacaqlarını söylədi.
Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallara cavablar verildi.

Rasim SÜLEYMANOV.

çap üçün verisya

Axtarish sistemi

  


« March 2010
Mo Tu We Th Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Advokat

- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Qənimət HÜSEYNOV,
Hacıqabul rayonu.


- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin:
o Avtoklavçının 18 təqvim günü,
o Sterilizasiya aparatçısının 18 təqvim günü,
o Baytar həkiminin 24 təqvim günü,
o Həkim, zooloq və entomoloqun 24 təqvim günü,
o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü,
o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü,
o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü,
o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.