Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 16-da)

…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır.
…Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür.
…Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir.
…və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar.
…və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.
…"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.

Vəkillərə ödənilən vəsaitin artırılması keyfiyyətli müdafiəyə təsir edəcək?

06.02.10 - 20:57113 baxılıb

Azər Rəsulov: “Keyfiyyətli müdafiə üçün vəkillərə ödənilən məbləğ nəzərəçarpacaq dərəcədə artırılmalı idi”
Fərhad Nəcəfov: "Məbləğin artırılması dövlət hesabına işə çıxan vəkillərin işinə müsbət təsir edəcək"

Azərbaycanda vəkillik sahəsində rast gəlinən əsas problemlərdən biri kimi dövlət hesabına işə çıxan vəkillərə ödənilən vəsaitin azlığı ilə bağlı idi. Belə ki, artıq neçə illərdir dövlət hesabına hüquqi yardım göstərilməsinin bir saatına görə vəkilə təxminən 99 qəpik qonorar verilirdi. Bu günlərdə isə Nazirlər Kabineti "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərarına dəyişikliklərlə bağlı qərar qəbul edib. Yanvarın 1-dən qüvvəyə minən qərara əsasən, vəkillərə müdafiə üçün saat hesabına ödənilən məbləğ 90 qəpikdən 2 manatadək artırılıb. Tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilən məbləğ isə 35 qəpiyə qaldırılıb. Qərardan öncə bu məbləğ şərti maliyyə vahidinin 0,3 misli həddində idi. Maraqlıdır, bu vəsait vəkilləri qane edirmi və vətəndaşların səmərəli müdafiə hüququnun təmin olunmasına necə təsir göstərəcək?

Vəkil Azər Rəsulov hesab edir ki, keyfiyyətli müdafiə üçün vəkillərə ödənilən məbləğ nəzərəçarpacaq dərəcədə artırılmalı idi: "90 qəpiyin 2 manata qaldırılması ciddi fərq deyil. Bu gün dövlət hesabına vəkil təyin olunması, sadəcə, məhkəmə və istintaq orqanları üçün lazımdır və formal xarakter daşıyır. Guya prosessual qaydalara əməl edilərək təqsirləndirilən şəxsin hüquqları müdafiə edilir. Reallıqda isə həmin şəxslərin hüquqları pozulur".
Vəkil Yalçın İmanovun qənaətinə görə isə, yeni qərar keyfiyyətli müdafiə hüququnun təmin edilməsinə təsir etməyəcək: "Çünki artırılan məbləğ o qədər də böyük deyil. Dövlət hesabına işə çıxan vəkillərə bir saata görə, 90 qəpik əvəzinə 2 manat verilməsi prinsipial artım deyil. Bu qərardan sonra tanınmış vəkillərin dövlət hesabına müdafiəyə çıxmasında müsbət irəliləyişin olması da inandırıcı deyil. Çünki vəkilə bir saata görə 2 manat ödənilməsi keyfiyyətli müdafiə aparmağa imkan verməyəcək. Vəkillər yenə də ya daha çox iş götürmək üçün səy göstərəcək, yaxud da dövlət hesabına deyil, digər işlərə çıxacaq. Nəticədə isə keyfiyyətli müdafiə olunmaq hüququ təmin olunmur".
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov isə məbləğin artırılmasının dövlət hesabına işə çıxan vəkillərin işinə müsbət təsir edəcəyinə inanır: "Dövlət hesabına işə çıxan vəkillərə hər iş saatına görə 2 manat ödənilməsi onların işinə təsir edəcək. Onsuz da indiyə qədər də dövlət hesabına işə çıxan vəkillər də təqsirləndirilən şəxsləri müdafiə edirdi. Bununla bağlı bir dənə də olsun şikayət almamışdıq ki, dövlət hesabına işə çıxan vəkil keyfiyyətsiz müdafiə aparır. Ola bilər ki, bir vəkil gün ərzində iki dəfə işə çıxsın. Amma ondan artıq müddətə işə çıxma hallarına rast gəlinmir. Vəkil işə çıxırsa, keyfiyyətli müdafiə xidməti göstərməyə cəhd göstərir. Amma vəkilə ödənilən qonorar nə qədər çox olsa, vəkilin göstərdiyi müdafiənin də keyfiyyəti o qədər yüksək olar".
Qeyd edək ki, hazırda ABŞ-da dövlət hesabına işə çıxan vəkilin hər saatına görə 100 dollar, İngiltərədə 80 funt-sterlinq, Almaniyada 90 marka verilir. Türkiyədə bunun üçün vəkilə 8 dollar, qonşu Gürcüstanda isə 4 dollar ödənilir.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.

Oruc MUSAYEV,
Şirvan şəhəri.

- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur:
o aylıq müavinət
o dövlət qulluqçularına ömürlük müavinət
o yaşa görə müavinət
o əlilliyə görə müavinət
o 16 yaşadək əlil uşaqlara müavinət
o ailə başçısını itirməyə görə müavinət
o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət.
o 3 yaşadək uşağa qulluğa görə müavinət
o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət
o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət.
o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət
o birdəfəlik müavinətlər
o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət.
o uşağın anadan olmasına görə müavinət.
o dəfn üçün müavinət.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.