Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Eyni bir söz mətbuatda bir neçə formada yazılır

30.09.11 - 19:17126 baxılıb

"Dilimizə keçən "Europe" sözü Avropa yazıldığı kimi, "Evrovision" sözü də avroviziya şəklində yazılmalıdır"

Azərbaycan dilində işlənən bəzi alınma sözlərin necə yazılması məsələsi zaman-zaman gündəmə gəlsə də, problemlər qalmaqdadır. Bu gün də dilimizdə işlənən bəzi alınma sözlərin bir neçə yazılış formasına rast gəlirik. Kütləvi informasiya vasitələrində bir sıra terminlər, təşkilat, qəzet-jurnal, telekanal adları gah ingilis, gah da Azərbaycan dilində yazılır.

Bir neçə ildir dilimizdə işlənən "Evrovision" sözünü də bu gün mətbuatda 5 formada oxuyuruq. Ayrı-ayrı mətbuat orqanlarında bu sözün "avroviziya", "yevroviziya", "yevrovijn", "yevrovizion", "evrovision" formalarına rast gəlinir. Kütləvi informasiya vasitələri həm də dilimizin bugünkü vəziyyətini gələcək nəsillərə çatdırmaq üçün vacib sənəddir. Demək, gələcəkdə həmin mətbuat orqanları ilə işləyən şəxslər bu kimi sözlərin hansı formasının bu zaman üçün məqbul olduğunu dəqiqləşdirməkdən ötrü uzun araşdırma aparmalı olacaqlar. Digər tərəfdən, gələn il ölkəmizdə "Evrovison" mahnı müsabiqəsi keçiriləcək. Respublikamıza gələn əcnəbilər də, yəqin ki, ən azından bu ölkədə çap olunan mətbuat orqanları ilə maraqlanacaqlar. Bir sözün ölkə mətbuatında 5 formada yazılması bu baxımdan da normal qəbul oluna bilməz. Maraqlıdır, bu kimi sözlər necə yazılmalıdır?
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitununun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirovun qənaətinə görə, bu kimi sözlərin yazılışı ilə bağlı hələ də qəti bir fikir yoxdur: "Bəzən Avropa mənşəli həmin sözlər tələffüz formasına əsaslanaraq yazılır. Bu sözlərin yazılış forması seçilərkən səslənmə əsas gətirilir. Amma əvvəlki illərdə də dilimizə bu tipli sözlər keçib. Respublikamızda kiril əlifbası işlədilən zaman dilimizə keçən "Europe" sözünün Avropa kimi yazılması qəbul olundu. Bu gün də bu tipli sözlərdə eyni qaydanın təqbiq edilməsi məqbul olardı. Çünki "Europe" sözü Avropa yazıldığı kimi, "euro" sözü də avro yazılır. Düşünürəm ki, bu ənənənin davamı kimi "Evrovision" sözü də avroviziya şəklində yazılmalıdır".

çap üçün verisya

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.