Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

advokat

23.09.09 - 12:44148 baxılıb

- Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası işləyən qadınların analığının qorunması hüququ və əmək hüquqlarının müdafiəsi sahəsində öz üzərinə hansı öhdəliklər götürüb?

Nərqiz ƏHMƏDOVA,
Gəncə şəhəri.

- "Avropa Sosial Xartiyasının tətbiq edilməsi barədə" qanunun səkkizinci maddəsinə əsasən, Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası işləyən qadınların analığının qorunması hüququ və əmək hüquqlarının müdafiəsi sahəsində öz üzərinə aşağıdakı öhdəlikləri götürüb:
1. işləyən qadınlara doğuşdan əvvəl və sonra 14 həftədən az olmayan ümumi müddətdə ödənişli məzuniyyətin, yaxud müvafiq sosial müavinətlər vasitəsilə, yaxud ictimai fondlardan müavinətlər vasitəsilə məzuniyyətin verilməsini müəyyən etmək;
2. qadını işdən azad etmə barədə bildirişin, qadının işəgötürənə öz hamiləliyi barədə bildirdiyi vaxtdan hamiləlik məzuniyyətinin qurtarmasına qədər müddətdə işəgötürən tərəfindən verilməsini qeyri- qanuni hesab etmək;
3. uşaqlarını əmizdirən anaların bu məqsədlə kifayət qədər fasilələr almaq hüququnu müəyyən etmək;
4. hamilə qadınların, yaxın vaxtlarda doğmuş və uşaqlarını əmizdirən anaların gecə vaxtı işləməsini tənzimləmək;
5. hamilə qadınların, yaxın vaxtlarda doğmuş və uşaqlarını əmizdirən anaların yeraltı mədənlərdə və təhlükə, sağlamlıq və ağırlıq baxımından yararlı olmayan digər işlərdə işləməsini qadağan etmək və belə qadınların əmək hüquqlarını müdafiə etmək üçün müvafiq tədbirləri həyata keçirmək.

- Azərbaycan Respublikası qanunvericiliyi ilə Türkiyədə, Türkiyənin Ankara və İstanbul şəhərlərində, Fransa Respublikasında, Fransa Respublikasının Paris şəhərində 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?

Hümbət MƏMMƏDOV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı ezamiyyə xərclərinin normaları haqqında qərarına bir nömrəli əlavəyə əsasən Türkiyədə - 150 avro məbləğində, Türkiyənin Ankara və İstanbul şəhərlərində - 165 avro məbləğində, Fransa Respublikasında - 205 avro məbləğində, Fransa Respublikasının Paris şəhərində - 250 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.

- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə nikaha daxil olmaq hüququna malikdirlərmi?

Səkinə SƏLİMOVA,
Mingəçevir şəhəri.

- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları və digər şəxslərlə nikah bağlaya və bağladıqları nikahı ləğv edə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nikah və ailə münasibətlərində Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.

- Qanunvericiliklə su təsərrüfatı obyektləri üzərində hansı mülkiyyət formaları vardır?

Tural İSMAYLOV,
Sumqayıt şəhəri.

- "Su Məcəlləsi haqqında" qanunun 15-ci maddəsinə əsasən, su təsərrüfatı obyektləri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları müəyyən edilir.
Dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

- Əgər işçi tez-tez işə gecikərsə və ya işə vaxtında gəlib səhlənkarlıq edərək işə davamiyyət jurnalını imzalamırsa, müəssisə rəhbəri hansı inzibati və ya digər tədbirləri görməlidir?

Xatirə CUMAYEVA,
Oğuz rayonu.

- Əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair kimi əsas vəzifələri vardır. Eyni zamanda müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Müəssisədaxili intizam qaydaları Əmək Məcəlləsinə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir. Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı, iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar, növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları, əmək şəraitinin təmin edilməsi qaydaları, əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları, əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları daxil edilir.
Əmək və icra intizamı işin, xidmətin xarakterinə görə aşağıdakı müəssisələrdə tərəflərin məsuliyyətini artırmaq məqsədi ilə intizam nizamnamələri ilə tənzim edilir: dəmir yolu və rabitə müəssisələrində, dəniz və çay nəqliyyatında, habelə balıqçılıq təsərrüfatının su nəqliyyatı donanmasında, hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində, xüsusi təhlükəli şəraitli yeraltı işlər görülən iş yerlərində, habelə dağ-mədən sənayesi müəssisələrində, dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı və istismarı ilə məşğul olan müəssisələrdə, hərbi sənaye müəssisələrində.
Göstərilən şərt və qaydalar işçi ilə bağlanmış əmək müqaviləsində, müəssisədaxili intizam qaydalarında, intizam nizamnamələrində və Əmək Məcəlləsində nəzərdə tutulmuşdur və yerinə yetirilməsi hər bir işçi üçün məcburidir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən isə, işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçinin tez-tez işə gecikməsi və ya davamiyyət jurnalına qaydaları pozmaqla imza atmaması da qeyd olunan normativ hüquqi aktların pozulmasıdır. Əmək Məcəlləsinin qeyd olunan maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu intizam tənbehlərindən hansının tətbiq edilməsi isə ilk növbədə işçinin hansı müddətə işə gecikməsindən, bu gecikmələrin təsadüfi və ya üzrlü olmamasından, sistemli olmasından, davamiyyət jurnalına imza atmamağın təsadüfi və ya qərəzli, eyni zamanda sistemli olmasından və edilən şifahi xəbərdarlıqlardan heç bir nəticə çıxarmamasından asılı olaraq ilkin intizam tənbehindən başlayaraq sonuncu intizam tənbehinə qədər tətbiq oluna bilər. İşçiyə qarşı bu intizam tənbehlərindən hər hansı biri tətbiq olunarkən isə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada intizam tənbehinin verilməsi qaydalarına əməl edilməlidir.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.