Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

advokat

26.11.09 - 11:59155 baxılıb

- Son dövrlərdə gender bərabərliyi haqqında tez-tez danışılır. Gender bərabərliyi nə deməkdir? Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

Elsevər Əmrahov,
Bakı şəhəri.

- İctimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti; gender bərabərliyi - qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti; bərabər imkanlar - insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar; cinsi mənsubiyyətə görə ayrı-seçkilik, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük; əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış və sair münasibətlər "Gender bərabərliyinin təminatları haqqında" qanun ilə tənzimlənir. Bu qanuna əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Aşağıda sadalananlar ayrı-seçkilik hesab olunmur: qadınlar üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar; kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış; kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya və nikah yaşı; Ailə Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması; kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması; gender bərabərliyinin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlərin həyata keçirilməsi.
Gender bərabərliyinin təmin edilməsi dövlətin əsas vəzifələrindən biridir. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.
İşəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. İşəgötürənin bu sahədə aşağıdakı vəzifələri vardır: işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq; cinsindən asılı olmayaraq eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək; cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısını almaq üçün lazımi tədbirlər görmək. İşə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs işəgötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir. Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir. Əməkhaqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda, işçinin tələbi ilə işəgötürən əməkhaqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır. İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, işaxtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir. Alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır. Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Ayrı-seçkiliyə görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. Ayrı-seçkiliyə məruz qalmış işçinin əmək müqaviləsinin xitam verilməsi barədə ərizədə göstərdiyi gündən əmək müqaviləsi ləğv edilir. İşəgötürən kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır. Dövlət mülkiyyət növündən asılı olmayaraq bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. Dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır. Tədris müəssisələrinin fəaliyyətində aşağıdakı hallar cinsi mənsubiyyətə görə ayrı-seçkilik kimi qiymətləndirilə bilər: qəbul zamanı, tədris planı tərtib olunarkən və ya biliyin qiymətləndirilməsi zamanı kişi və qadınlara qarşı fərqli tələblərin tətbiq edilməsi;təhsil sahəsinin seçilməsində kişi və qadınlar üçün fərqli imkanların yaradılması. Dövlət kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına təminat verir. Dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər sosial güzəştlərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir. Siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına və həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır. Bu tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmış şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada zərər ödənilir.

- Ailə-kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətlərinin necə tənzimlənir?

Mövlud HƏSƏNOV,
Tovuz rayonu.

- Ailə-kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri Əmək Məcəlləsinin müəyyən etdiyi əmək münasibətlərinin tənzimlənməsi qaydaları və normaları tətbiq edilməklə və ya onların mülahizələri ilə müəyyən edilən qaydada tənzimlənir. Lakin bu təsərrüfatların üzvlərinin əmək münasibətləri mövcud qanunvericiliyə zidd qaydada müəyyən edilməməlidir. Müstəsna hallarda ailə müəssisələrində 14 yaşından 15 yaşınadək olan yeniyetmələrin işə cəlb edilməsinə yol verilə bilər. Lakin onlar ağır, həyatı üçün təhlükəli, zərərli işlərə, habelə gecə işlərinə cəlb edilə bilməzlər. Bu yaş həddində olan yeniyetmələr yalnız xırda xarakterli işlərin görülməsinə, əmək vərdişlərinin yaradılmasına xidmət edən, peşə, sənət öyrədilməsi üçün zəruri olan işlərə cəlb edilə bilərlər. Ailə-kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri, bir qayda olaraq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanılmaqla tənzimlənir. Bu təsərrüfatlarda və müəssisələrdə əmək müqaviləsi şifahi formada da bağlanıla bilər. Bu halda əmək münasibəti tərəflərdən birinin tələbi ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinin rəsmiləşdirilməsi ailə-kəndli təsərrüfatı başçısının və ya ailə müəssisəsinin rəhbərinin (işəgötürənin) əmri, sərəncamı verilməklə və ya müvafiq qaydada tərtib edilmiş ailə kitabında (jurnalında) qeydiyyata salınmaqla həyata keçirilə bilər.

- Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi zamanı təyin edilən cərimələrin miqdarı nə qədərdir?

Saleh HƏSƏNOV,
Şirvan şəhəri.

- "İnzibati xətalar haqqında" qanunun 152-ci maddəsinə əsasən:
o 152.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - 40 manat miqdarında cərimə edilir.
o 152.2. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - 60 manat miqdarında cərimə edilir.
o 152.3. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - 80 manatdan 100 manatadək miqdarda cərimə edilir.
o 152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - 140 manatdan 180 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

- Meşə fondundan istifadənin hans ı növləri vardır?

Paşa QOCAYEV,
Oğuz rayonu.

- Qanunvericiliklə meşə fondundan istifadə növləri aşağıdakılardır:
o Oduncaq tədarükü;
o Ikinci dərəcəli meşə ehtiyatları tədarükü ( kötük, lif, qabıq və başqaları);
o Meşədən əlavə istifadə (ot çalanı, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, polad qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, cil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə);
o Elmi-tədqiqat məqsədləri üçün;
o Mədəni-sağlamlaşdırma, turizim və idman məqsədləri üçün;
o Ovçuluq təsərrüfatı;
Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata keçirilə bilər.Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəçisinə verilə bilər.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.