Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

advokat

11.01.10 - 12:04143 baxılıb

- Tibbi- Sosial Ekspertiza Komissiyası tərəfindən təyin olunmuş 1, 2 və 3-cü əlillik qrupları və bu qruplar üzrə əmək qabiliyyətinin itirilməsi faizləri barədə məlumat verməyinizi xahiş edirəm.

Faiq KƏRİMOV,
Bakı şəhəri.

- Əlilliyin müəyyən olunmasına dair Əsasnaməyə görə, əlillik ağırlıq formasından asılı olaraq üç qrupa-birinci, ikinci və üçüncü qrupa bölünür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Tibbi - Sosial Ekspert Komissiyasının (TSEK) bölgələr üzrə filialları əlilliyin müəyyən edilməsi funksiyasını həyata keçirir. İlk öncə bilmək lazımdır ki, TSEK-də əlillik dərəcəsi almaq üçün müalicə-profilaktika müəssisəsi tərəfindən göndəriş alınmalıdır. Şəxs TSEK tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır və TSEK-in rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Bundan sonra əlilə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir.
Birinci qrup əlillik -xəstəlik, travma nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsil alma, ünsiyyət, uyğunlaşma, hərəkət etmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, eyni zamanda xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olsun. Qüsurların və ya funksional pozğunluqların xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalat, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci qrup əlillik adətən bu hallarda təyin edilir - hər iki gözün tam və ya əməli korluğu; iki ətrafın güdüllüyü; 1-ci barmaq da daxil olmaqla əlin üç və ya onsuz dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdüllüyu; hər iki bud-çanaq oynaqlarının hərəkətsizliyi və ya kəskin nəzərə çarpan kontrakturası və s.
İkinci qrup əlillik - xəstəlik, travma nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsil alma, ünsiyyət, uyğunlaşma, hərəkət etmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və qulluğuna ehtiyacı olsun. İkinci qrup əlillik adətən bu hallarda təyin edilir - sinir sisteminin müxtəlif (travma, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegitativ əlamətlərlə keçən funksional pozğunluqları; hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması; bir budun güdüllüyü; bir əlin olmaması və s.
Üçüncü qrup əlillik - xəstəlik, travma nəticəsində həyat fəaliyyətinin (sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın aşağı düşməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü qrup əlillik əsasən bu hallarda təyin olunur - bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə onkoloji və ya kəskin kontrakturası; 1-ci və 2-ci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması; bir gözün olmaması və ya tam korluğu (görmə itiliyinin korreksiya ilə 0,04-dən az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) və s.
TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik qrupunu, sağlamlıq imkanları məhdudluğunu, habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Üçüncü qrup əlillərə 60 faizə qədər, ikinci qrup əlillərə 80 faizə qədər, birinci qrup əlillərə isə 100 faizə qədər əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilə bilər. Qeyd etmək istəyirəm ki, TSEK tərəfindən əlillik qrupu müəyyən edilmədən əmək qabiliyyətinin aşağı faizləri həcmində əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilə bilər.

- Gəlinim tibb müəssisələrinin birində işləyir. Əmək müqaviləsi bağladığı vaxtdan 5 ay 26 gün işlədikdən sonra hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxıb. Bu barədə müvafiq sənədlər onun tərəfindən işlədiyi müəssisəyə təqdim olunub. Lakin tibb müəssisəsinin rəhbərliyi tərəfindən onun əmək müqaviləsi bağladığı vaxtdan 6 aydan az vaxtda işləməsi bəhanəsi ilə hamiləlik və doğuşla əlaqədar sosial məzuniyyətə görə pul ödənilmir. Bilmək istəyirəm, tibb müəssisəsinin rəhbərliyi nə dərəcədə haqlıdır?

Minayə HƏSƏNOVA,
Bakı şəhəri, Xətai rayonu.

- Əmək Məcəlləsinin 125.1 -ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
24 fevral 2009-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir. Bu dəyişikliyə əsasən, Əmək Məcəlləsində 131-ci maddənin 1-ci hissəsində "əmək məzuniyyəti hüququ" sözləri "əmək məzuniyyətindən istifadə etmək hüququ" sözləri ilə əvəz edilmişdir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən: işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır: qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra; on səkkiz yaşına çatmamış işçilərin; müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin; əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin; hərbi qulluqçu arvadının (ərinin); təhsil müəssisələrində oxuyan şəxslərin - kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda; əlillərin.
Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir.
Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.
Əmək Məcəlləsinin yuxarıda göstərilən şərtlərinə əsasən, əmək müqaviləsi bağlanması müddətindən asılı olmayaraq sizin gəlininizin ən azı 126 təqvim günü hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyət almaq hüququ vardır.

- Bilmək istəyirəm ki, nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə: texniki baxışdan keçmə və yol vergisi üçün dövlət rüsumu nə qədərdir?

Vüqar BAYRAMOV,
Şirvan şəhəri.

- 15 dekabr 2006-cı il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" və 28 noyabr 2006-cı il tarixdə qəbul olunmuş "Dövlət rüsumu haqqında" qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası qanunlarının 2007-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar qüvvədə olan qanunvericiliyə uyğun olaraq texniki baxış zamanı aşağıdakı vergi və rüsumlar ödənməlidir.
1.Yol vergisi:
o mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm-ə görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik;
o avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri üçün hər kub sm-ə görə 2 qəpik.
2. Dövlət rüsumu: nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:
o avtonəqliyyat vasitələri üçün 10 manat;
o motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manat.

- Mülki işlərə baxılması ilə əlaqədar məsrəflərə hansı xərclər aid edilir?

Sənan QULAMOV,
Yevlax rayonu.

- Məhkəmədə mülki işlərə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:
o Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər.
o Yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər.
o Tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılması ilə əlaqədar olan xərclər.
o Tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri.
o Nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər.
o Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər.
o Cavabdehin axtarılması ilə əlaqədar ödənilən xərclər.
o Qətnamənin icrası ilə əlaqədar ödənilən xərclər.
Məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də məhkəmə qərarı ilə tərəflərdən tutula bilər.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.