Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

HÜQUQ MƏSLƏHƏTXANASI

28.04.07 - 9:001247 baxılıb

- 10 ildən artıq Quba Rayon Dövlət Sığorta Müfəttişliyində baş mühasib vəzifəsində işləmişəm. Pensiya yaşım çatanda dövlət qulluqçusu kimi mənə pensiya təyin oluna bilərmi?
Ə. M. RÜSTƏMBƏYLİ, Quba şəhəri, Fətəlixan küçəsi 12.

- Bildiririk ki, "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda Rayon Dövlət Sığorta Müfəttişliyi orqanları nəzərdə tutulmayıb.
Əldə etdiyimiz məlumata görə, Rayon Dövlət Sığorta Müfəttişliyi işçilərinin dövlət qulluqçularına aid edilməsi məsələsi baxılmaqdadır. Bu haqda daha dəqiq məlumat Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsindən ala bilərsiniz.


- 20 ildən artıqdır ki, kitabxana işçisiyəm. Bilmək istəyirəm, kitabxanaçı pensiyaya çıxanda ona peşəsinin zərərli iş sahəsi sayıldığına görə hansısa güzəştlər verilirmi?
Maya ABDULLAYEVA, Əmək və Sosial Münasibətlər Akademiyası kitabxanasının müdiri.

- Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda kitabxanaçılar nəzərdə tutulmamışlar. Odur ki, sizə yaşa görə pensiya ümumi şərtlərlə, 57 yaşına çatdıqda təyin oluna bilər.


- Mən 1979-cu ildən bağçada musiqi rəhbəri işləyirəm. Yeddi illik musiqi təhsilim var. İşləyə-işləyə qiyabi yolla (1980-1985-ci illərdə) Tusi adına DPU-nun "Məktəbəqədər pedaqogika və psixologiya" fakültəsini bitirmişəm. 28 il pedaqoji stajım var. Hazırda mənə 11-ci dərəcə ilə əməkhaqqı ödəyirlər. Əməkhaqqım necə hesablanmalıdır?
Sədaqət MUSAYEVA, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 46, mənzil 13.

- Bildiririk ki, "Azərbaycan Respublikasında büdcədən maliyyələşdirilən pedaqoji işçilərin vəzifə maaşlarının "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na uyğun olaraq Vahid Tarif Cədvəli üzrə ödənilməsi barədə" Nazirlər Kabineti tərəfindən 20 sentyabr 2006-cı il tarixdə 282 s nömrəli sərəncam imzalanmışdır. Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən orta ixtisas təhsilli, 15 ildən çox məktəbəqədər təhsil müəssisələrində çalışan musiqi rəhbərlərinin əməkhaqları 11-ci ödəniş dərəcəsi ilə, orta ixtisas təhsilli, 13 ildən 18 ilədək pedaqoji iş stajı olan, iş təcrübəsi respublika səviyyəsində yayılmış musiqi rəhbərlərinin əməkhaqları isə 12-ci ödəniş dərəcəsi ilə hesablanaraq ödənilir. Əlavə olaraq qeyd edirik ki, Təhsil Nazirliyinin təlimatına əsasən iki və daha çox təhsil müəssisəsini qurtarmış şəxslərin əməkhaqqı müəyyən edilərkən daha yüksək əməkhaqqı verən təhsil barədəki sənəd əsas götürülür.


- İpoteka predmetinə aid əmlak və əşyalar hansılardır?
Babək HÜSEYNOV, Bakı şəhəri.

- İpoteka predmeti qanuna uyğun olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşya ola bilər.
Mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir.
Bölünməz əşyalar hissə - hissə ipoteka qoyula bilməz.
İpoteka ümumi ola bilər, ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər.
İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka saxlayanın razılığı ilə dəyişdirilə bilər. Bu halda ipoteka müqaviləsində dəyişikliklər edilir.


- Son dövrlərdə ipoteka haqqında çox danışılır. Qəzetinizdə ipoteka barədə geniş məlumat verməyinizi xahiş edirəm.
Kamil ƏMİROV, Quba şəhəri.

- İpoteka ilə bağlı münasibətlər Azərbaycan Respublikasının İpoteka haqqında Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktlarla, habelə AR tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.İpoteka haqqında qanun mülki müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.
İpoteka haqqında Azərbaycan Respublikası Qanununda əsasən aşağıdakı anlayışlardan istifadə olunur və bu anlayışların aşağıda göstərilən mənaları vardır:
-İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovudur.
-İpoteka kağızı - ipoteka hüququnu təsbit edən adlı qiymətli kağızdır.
-İpoteka kağızının qanuni sahibi - ipoteka kağızı üzərində sahiblik hüququ əldə edən şəxsdir.
-İpoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir, ipoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər.
-İpoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyan digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir.
-İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
-İpoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.
-Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir.
-İlkin satış qiyməti - bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir.


- Məni ipoteka ilə təmin edilən tələbin həcmi maraqlandırır.
Ramil MURADOV, Şəki rayonu.

- Azərbaycan Respublikası İpoteka haqqında Qanununun 4-cü maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi, aşağıdakılar da daxil edilməklə, tam həcmdə təmin edilir:
-Əsas borc
-Faizlər
-Öhdəliyin icra edilməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərərin əvəzinin ödənilməsi
-İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
İpoteka müqaviləsinin şərtlərinə və ya bu qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir.


-Alınmış ipoteka kreditini vaxtından əvvəl qaytarmaq olarmı?
Cəmil BABAYEV, Salyan rayonu.

- Bəli. Götürülmüş ipoteka kreditinin vaxtından əvvəl qaytarılması mümkündür. Bu halda kredit üçün ödənilən faizin məbləği də müvafiq olaraq azalır.


- Azərbaycanda neçə məhkəmə növü mövcuddur?
Tamella HÜMBƏTOVA, Qazax rayonu.

- Respublikamızda ədalət mühakiməsini AR məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirir:
-Rayon (şəhər) məhkəmələri
-Ağır Cinayətlərə Dair İşlər üzrə AR Məhkəməsi
-Hərbi məhkəmələr
-Ağır Cinayətlərə Dair İşlər üzrə AR Hərbi Məhkəməsi
-Yerli iqtisad məhkəmələri
-Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə Dair AR İqtisad Məhkəməsi
-Naxçıvan MR Ali Məhkəməsi
-AR Apelyasiya Məhkəməsi
-AR İqtisad Məhkəməsi
-AR Ali Məhkəməsi
AR məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr də yaradıla bilər. AR hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun AR dövlət gerbinin təsviri olan möhürü vardır.


1.Fərdi ev tikdirmək üçün torpaq sahəsinin alınmasında ipoteka krediti verilirmi?
2.Xüsusi mülkiyyət əsasında torpaq sahəsinə malik olan vətəndaş ev tikdirmək üçün ipoteka krediti ala bilərmi?
Rafiq ƏLİYEV, Dəvəçi rayonu.

- Xeyr, ipoteka krediti yalnız mənzil alınması üçün verilir.


- Əgər ipoteka kreditini götürmüş şəxsin müəyyən müddət keçdikdən sonra müxtəlif səbəblər üzündən krediti qaytarmaq imkanları olmursa, bu halda ipoteka kreditinin taleyi necə olur?
Eldar HƏSƏNOV, Lənkəran şəhəri.

- İpoteka krediti almış şəxs əgər üç ay ərzində hər hansı bir səbəbdən krediti ödəyə bilmirsə, o zaman ipoteka kreditinin alınması zamanı girov qoyulmuş əmlakın satılması proseduruna başlanılır. Əmlakın satılmasından əldə olunan gəlirdən ödənilməmiş kreditin məbləği ödənilir, qalan hissə isə girov qoyulmuş əmlakın sahibinə qaytarılır.

çap üçün verisya

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.