Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

HÜQUQ MƏSLƏHƏTXANASI

05.05.07 - 9:001151 baxılıb

- Hörmətli redaksiya! İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmaması hansı hüquqi nəticələrə səbəb ola bilər? Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.
İlqar ABBASOV,
Astara şəhəri, Səməd Vurğun küçəsi, ev 42, mənzil 20.

- Hər bir işçi əmək fəaliyyətinə başlayarkən və əmək funksiyalarını yerinə yetirərkən işəgötürənlə əmək qanunvericiliyində nəzərdə tutulan qaydada əmək müqaviləsi bağlamağa borcludur. İşçilərin bu hüququ Konstitusiyanın 35-ci maddəsi, Əmək Məcəlləsinin 42-63-cü maddələri və digər normativ-hüquqi aktlarla tənzim olunur.
İşçi Əmək Məcəlləsi ilə nəzərdə tutulan əsas və digər məzuniyyət, eləcə də müavinətlər almaq hüququndan istifadə edə bilmir.
Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda aldığı müavinətlərin məbləği az olur və ya ümumiyyətlə, olmur. Belə ki, əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar işçiyə ödənilən müavinətlər əmək müqaviləsində olan əməkhaqqından və ya orta əməkhaqqından hesablanır. Əgər işçiyə rəsmi ödənilən aylıq maaş faktiki aldığı maaşdan azdırsa, bu, ödənilən aylıq və digər müavinətlərin də azalmasına gətirib çıxaracaq. Belə ki, bu müavinətlər ödənilərkən işçinin əmək müqaviləsində göstərilən əməkhaqqı və ona ödənilən orta aylıq əməkhaqqı əsas tutulmaqla bu müavinətlər təyin edilir.
İşçi müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə aldığı müavinətin məbləği azalacaq və ya belə bir hüququ olmayacaq. Belə ki, işçiyə xəstəliyi ilə əlaqədar müavinətlər işçinin əmək müqaviləsində göstərilən əməkhaqqından və ya ona ödənilən rəsmi orta aylıq əməkhaqqından hesablanır.
Əmək müqaviləsi bağlanmadıqda və aylıq əməkhaqqı düzgün göstərilmədikdə işçi hər hansı bir mübahisə yaranarsa faktiki aldığı əməkhaqqını tələb etmək hüququnu itirir.
İşəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə xitam verə bilər. Bu zaman işçini Əmək Məcəlləsinin 68-76-cı və 77-84-cü maddələrində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi şərtlərinə əməl etmədən və müavinətlər ödəmədən şifahi surətdə işdən azad edə bilər. Əmək müqaviləsi bağlanmadıqda işəgötürən öz üzərinə qanunla götürməli olduğu öhdəliklərdən imtina edə bilər, digər tərəfdən isə işçinin faktiki olaraq yerinə yetirdiyi işə görə deyil, başqa əmək funksiyalarını yerinə yetirməmək əsası ilə də işdən azad edə bilər.
Əmək Məcəlləsinə və əmək müqaviləsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. Müvafiq qaydada əmək müqaviləsinin bağlanmaması işəgötürənin işçiyə vurduğu ziyana görə əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada tam maddi məsuliyyət daşımasının sübut olunmasında işçilər üçün problemlər yaranacaq və sair.


- Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti hansı qanunla tənzimlənir?
Qulam MURADOV, Gəncə şəhəri.

- Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti Azərbaycan Respublikasının “Əmək miqrasiyası haqqında” Qanunu ilə tənzimlənir. Bu qanunun 12- ci maddəsinə əsasən, 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi yolla xarici şirkətlərdə işə düzələ bilərlər.
Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliklərində qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikası diplomatik nümayəndəlikləri bu barədə 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri olmadıqda, onda 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər.
Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər. Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün AR qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq almalıdırlar.
Vasitəçilik fəaliyyətini həyata keçirməyə hüquq verən xüsusi razılıq almış hüquqi şəxslər, onların xarici ölkələrin hüquqi və ya fiziki şəxsləri ilə bağladıqları müqavilələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra həmin müqavilələr əsasında Azərbaycan Respublikası vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq təmin olunmasını nəzərdə tutmalıdır.
Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəsinin əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidir. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görə miqrantlardan haqq almalarına yol verilmir.
Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Fiziki şəxslərin bu sahədə fəaliyyət göstərmələri qadağandır.


- Hansı şəxslər notarius kimi fəaliyyət göstərə bilər?
Ənvər ORUCOV, Bakı şəhəri.

- Notarius notarial fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxsdir. Dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir vətəndaşı ali hüquq təhsilli, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalıdır.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, əvvəllər qəsdən cinayət törətmiş və buna görə də məhkum olunmuş, barəsində notarial fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan qəsdən cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan şəxs notarius ola bilməz.
Bu tələblərə cavab verən və notarius olmaq istəyən vətəndaş notarial fəaliyyətlə məşğul olmaq üçün şəhadətnamə almalıdır.
Elmi, pedaqoji və yaradicılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır.
Notarius - işlədiyi dövrdə hər hansı siyasi partiyada öz fəaliyyətini dayandırmalıdır.
Notarial fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxs ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ərizədə şəxsin dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərmək istəyi bildirilməlidir.

---------------------------------------------------------------------------

Redaksiyamıza daxil olmuş məktubların bir qismi “Dövlət sirri haqqında” Qanunla bağlı olduğundan onları qruplaşdırıb dərc edirik.


- Dövlət sirri və hansı məlumatların dövlət sirri olması haqqında məlumat verməyinizi xahiş edirəm.

- Dövlət sirri AR Konstitusiyasından, Dövlət sirri haqqında AR Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. “Dövlət sirri haqqında” AR Qanunu AR təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxviləşdirilməsi və ya məxviliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
-Dövlət sirri - dövlətin hərbi, xarici, siyasi, iqtisadi kəşfiyyat, əks - kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə edilən və yayılması AR təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.
-Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları - dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir.
-Dövlət sirrinin mühafizə sistemi-dövlət sirrinin mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur.
-Dövlət sirri ilə işləməyə buraxılma - vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirmə qaydasıdır.
-Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma - səlahiyyətli vəzifəli şəxsin icrası ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır.
-məxvilik qrafiki - məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxvilik dərəcəsini göstərən rekrizitlərdir.
-İnformasiyanın mühafizə vasitələri - dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir.
-Dövlət sirri təşkil edən məlumatların siyahısı-müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirdiyi məlumat qruplarının məcmusudur.


- “Dövlət sirri haqqında” AR Qanunu hansı şəxslərə şamil edilir?

- “Dövlət sirri haqqında” AR Qanununun 3 - cü maddəsinə əsasən bu qanunun müddəaları AR ərazisində və onun hüdudlarından kənarda AR dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatları, dövlət sirri haqqında AR Qanunvericiliyinə tələblərini yerinə yetirmək öhdəliyi götürmüş və ya statusuna görə buna borclu olan AR vəzifəli şəxsləri və vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən hökmən icra edilməlidir. Azərbaycan Respublikası beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmadıqda, digər dövlətlər tərəfindən Azərbaycan Respublikasına verilmiş dövlət sirri təşkil edən məlumatlar bu qanuna müvafiq mühafizə edilir.


- Dövlət sirrinə aid edilməyən məlumatlar barədə izahat verməyinizi xahiş edirəm.

- Aşağıda göstərilən məlumatlar dövlət sirrinə aid edilmir və məxfiləşdirilmir:
-İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və nəticələri haqqında
-Ekologiya, səhiyyə, sanatoriya, demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında
-Dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, müəssisə, idarə və təşkilatlara verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında
-İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması faktları haqqında
-Azərbaycan Respublikasının Ali vəzifəli şəxslərinin səhhəti haqqında
-Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin pozulması faktları haqqında

çap üçün verisya

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.