01.05.2001...


Baxıldı : 322

Tarix : 2016-03-11 05:03:00


01.05.2001-ci ildən 03.05.2010-cu ilədək ixtisara düşənədək fasiləsiz olaraq Gəncə İşarəvermə və Rabitə Distansiyasında və Azərbaycan Dəmir Yolları” QSC-nin Tovuz stansiyasında işləmişəm.18.11.2010-cu ildən 23.12.2013-cü ilədək yenə də ADY QSC-də işləmişəm.18.02.2014-cü ildən Gəncə Vaqon Deposunun Tovuz stansiyasında vaqon müayinəçisi işləyirəm. 15 il stajım var. Bilmək istəyirəm, 15 il əmək stajıma görə mənə staj pulu düşürmü?Ruslan İBRAHİMOV,Tovuz rayonu.- Azərbaycan Dəmir Yolları QSC və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış sahə kollektiv sazişdə, sahənin xüsusiyyəti nəzərə alınmaqla, işçilər üçün daha güzəştli əmək şəraiti və əməkhaqqı, sosial təminatlar müəyyən edilmişdir.Həmin sazişin III bölməsində kadrları istehsalata bağlamaq, onların əmək və istehsalat intizamını möhkəmləndirmək məqsədilə təlimata müvafiq olaraq dəmiryolunda uzun müddət iş stajına əsasən mükafatlar verilməsi də nəzərdə tutulmuşdur. Bu mükafat dəmiryol nəqliyyatında fasiləsiz iş stajından asılı olaraq əməkdə xidmətlərə görə aylıq tarif dərəcəsinin müəyyən edilmiş miqdarına müvafiq aylıq əməkhaqqı ilə birlikdə hər ay verilir.Qeyd olunan sazişdə əməkdə xidmətlərə görə aylıq mükafatın həcmi, iş stajından asılı olaraq, aylıq tarif dərəcəsinin müəyyən edilmiş aşağıdakı faizləri miqdarında nəzərdə tutulmuşdur:1 ildən 5 ilədək müddətə 5 faiz;5 ildən 10 ilədək müddətə 8 faiz;10 ildən 15 ilədək müddətə 12 faiz;15 ildən 20 ilədək müddətə 15 faiz;20 ildən 30 ilədək müddətə 20 faiz;30 ildən yuxarı 25 faiz.Nəzərinizə çatdırırıq ki, qanunvericilikdə \ fasiləsiz iş stajı\ ifadəsi \ ümumi sığorta (əmək) stajı\ ilə əvəz olunsa da, qeyd olunan aylıq tarif dərəcəsinin müəyyən edilmiş faizi həmin sahədə fasiləsiz əmək stajına görə verilir.Yazdıqlarınıza əsaslansaq, iş stajınızda bir neçə dəfə fasilə yaranmışdır. Bu da onu göstərir ki, stajınız Sazişdə qeyd olunan tələblərə cavab vermir.Odur ki, bu məsələ ilə əlaqədar işlədiyiniz müəssisəyə müraciət etməyiniz tövsiyə olunur. Aşağıdakı məsələləri aydınlaşdırmaqda mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.Sual 1. Özəl (təsərrüfat hesablı) müəssisələrdə işçi neçə yaşına kimi işləyə bilər?Sual 2. 1999-cu ildən (ümumi stajım 41 il beş aydır) Şərur rayon Elektrik Şəbəkəsində 154-110-35b kv-luq Arpaçay yarımstansiyasında elektrik işləyirəm. Bütün əmək fəaliyyəti dövründə heç bir cəza almamışam. 2015-ci ilin fevral ayında 63 yaşım olduğu üçün müdiriyyət məni işdən azad etdi. Şərur Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin müdaxiləsindən sonra 2015-ci il aprelin 23-də öz işimə qayıtdım. 2016-cı ilin yanvar ayında müdiriyyət məni yenidən işdən azad etdi. Əmək Məcəlləsinin 10-1.1. maddəsinə görə, 65 yaşa kimi işləmək hüququm olduğunu bildirsəm də, müdiriyyət \ Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Şərur Rayon Elektrik Şəbəkəsi təsərrüfathesablı olduğu üçün olmaz\ - dedi.Bu, düzgündürmü?Mirismayıl SEİDOV,Şərur şəhəri.- 1. Qüvvədə olan qanunvericilikdə özəl (təsərrüfat hesablı) müəssisələrdə çalışmanın yaş həddi barədə müddəa yoxdur.2. Əmək Məcəlləsinin 10-1.1. maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Çalışdığınız Naxçıvan MR Dövlət Energetika Agentliyinin Şərur Rayon Elektrik Şəbəkəsi dövlət büdcəsindən maliyyələşmirsə, qanunvericilikdə belə müəssisələrdə çalışma üçün yaş həddi müəyyən edilməmişdir.2016-cı ilin yanvar ayında işəgötürənin Sizi hansı əsasla işdən azad etməsi haqqında yazmasanız da, nəzərinizə çatdırırıq ki, işəgötürən tərəfindən əmək müqaviləsi ancaq aşağıda göstərilən əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə (ixtisar vaxtı ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bu zaman peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir);c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan (attestasiya komissiyası) tərəfindən müvafiq qərar qəbul edildikdə (attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun olması və ya uyğun olmaması haqqında qərar qəbul edir. Bu komissiya qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəuyğunluğu barədə işəgötürənə tövsiyə edə bilər);ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya işçi tərəfindən qanunvericilikdə göstərilən hallarda (Əmək Məcəlləsi, maddə 72) əmək vəzifələri kobud şəkildə pozulduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.Bu əsasların hər hansı biri ilə müdiriyyət öz təşəbbüsünə əsasən əmək müqaviləsinə xitam verə bilər.Bu il 63 yaşım tamam oldu. Dövlət qulluqçusu kimi təqaüdə çıxmaqla müəllimlik fəaliyyətimi və yaradıcılıq işimi davam etdirmək istəyirəm. Ona görə də təqaüdə çıxmağın prosedur qaydaları və təqaüdümün miqdarı barədə məlumat verməyinizi xahiş edirəm.Muradxan SƏFƏRƏLİYEV,Şabran şəhəri.-Sizi dövlət qulluqçusu kimi pensiyaya çıxmağın qaydası maraqlandırdığı üçün bildiririk ki, \ Dövlət qulluğu haqqında\ qanuna əsasən, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası \ Dövlət qulluqçularının pensiya təminatı\ adlanan 23-cü maddənin müddəaları nəzərə alınmaqla \ Əmək pensiyaları haqqında\ qanunla müəyyən edilir. Dövlət qulluqçularının pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir (23.2. maddə).Dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi qanunvericiliklə müəyyən edilmiş qaydada əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyasına əlavələrin miqdarı da \ Əmək pensiyaları haqqında\ qanunla tənzimlənir.Dövlət qulluqçusunun əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibinin sonrakı artımları da nəzərə alınmaqla, müəyyən edilir. Belə ki, \ Əmək pensiyaları haqqında\ qanunun 20.11.3. maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarında, çox olmamaq şərtilə müəyyən olunan məbləğdə əlavə ödənilir. Dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası, dövlət məvaciblərinin hesablanması qaydası və buna uyğun olaraq pensiya məbləği DSMF-in yerli şöbələri tərəfindən müəyyən edilir. Bunun üçün DSMF-in Şabran Rayon Şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.Əmək kitabçamı itirmişəm. Bir neçə iş yerində çalışmışam. Əvvəlki iş yerləri barədə heç bir sənəd təqdim edə bilmirəm.Mənə əmək kitabçası işlədiyim təşkilatların hansında yazıla bilər? Bu zaman əmək kitabçama hansı təşkilatlarda işlədiyim necə və hansı sənəd əsasında yazılmalıdır?Şərəf MƏMMƏDOVA,Sumqayıt şəhəri.-Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Nazirlər Kabineti tərəfindən təsdiq edilən \ işçilərin əmək kitabçasının forması və onun tərtibi\ qaydalarında əmək kitabçalarının hazırlanması və verilməsi, doldurulması və sair kimi məsələlərlə yanaşı \ əmək kitabçasının dublikatı\ nın verilməsi də əks olunmuşdur. Qaydalara əsasən, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir.Əmək kitabçanızı itirdiyiniz üçün axırıncı iş yeriniz üzrə işəgötürənə müraciət etməlisiniz. Sizin müraciətə işəgötürən 15 gün ərzində baxmalı və cavab verməlidir. Qaydaların 7.1. bəndinə əsasən, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə \ Dublikat\ sözü yazılır.İtirilmiş əmək kitabçanızın əvəzinə sonuncu iş yerindən alacağınız əmək kitabçasının dublikatı adi qaydada doldurulur. Əmək kitabçasının dublikatı verildikdə həmin vaxta qədər olan əmək (sosial sığorta) stajınız əvvəl işlədiyiniz təşkilatların əmrinə (sərəncamına) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur.Bəzi hallarda əvvəlki iş yerləri haqqında məlumat tam şəkildə olmur. Bu zaman keçmiş iş yerləri haqqında məlumat əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumatlar üzrə yazılır.