1


Baxıldı : 102

Tarix : 2018-12-28 05:41:34


1. Kredit müqaviləsi üzrə öhdəlik götürən borcalanla borcverən arasında müqaviləyə hansı hallarda xitam verilir?

2. Hər hansısa bir avtomobili idarə edən sürücü barəsində yol-patrul xidməti alayının əməkdaşının sürücünün inzibati xəta törətməsi barəsində tərtib etdiyi protokoldan neçə gün müddətində məhkəmə orqanına şikayət verilə bilər?

 

Ruslan MƏMMƏDOV,

Yevlax rayonu.

 

- Mülki Məcəllənin 390.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Odur ki, hər bir şəxs kredit götürmək üçün respublikamızda fəaliyyət göstərən banklara və bank olmayan kredit təşkilatlarına müraciət edərək müəyyən girov və ya əməkhaqqı müqabilində onlarla müqavilə bağlayır.

Borcalanla borcverən arasında imzalanaraq bağlanmış müqavilə hər iki tərəfin razılaşdırılmış iradə ifadəsidir.

Mülki Məcəllənin 399.1 maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Hər hansı bir tərəf müqavilə şərtlərini pozduqda digər tərəf qanunvericiliyin müəyyən etdiyi qaydada məhkəməyə müraciət edə bilər.

MM-nin 421.1. maddəsinə və əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılığı ilə mümkündür.

Borcun ödənilməsi MM-də və müqavilədə nəzərdə tutulan hallar, bankın kredit siyasəti, zaminlik, kredit götürmək üçün girovun qoyulması, ölmüş şəxsin miras qoyması  (hər hansı bir əmlakın olması) və bağlanmış müqavilənin məzmunu ilə şərtləndirilir.

Yol-patrul xidməti alayının əməkdaşının tərtib etdiyi protokoldan şikayət vermək haqqında sualınızla bağlı bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan fiziki şəxslər şikayət verə bilərlər.

Həmin Məcəllənin 130.1. maddəsinə əsasən, qərarın surəti İXM-nin 57-ci maddəsində (inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi) nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində icbari xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.