1. -\ Əmə...


Baxıldı : 405

Tarix : 2015-12-25 04:26:00


1. 31.09.1978-25.08.1987-ci illərdə Xəzər Dəniz İdarəsində dəniz yollarının yol göstəricilərinin yenilənməsi və təmiri üzrə sahədə işləmişəm. 57 yaşım var. Bu yaşda və qeyd etdiyim 9 il stajla güzəştli şərtlərlə pensiyaya çıxa bilərəmmi?2. 09.05.1988-ci ildən başlayaraq 12.10. 2014-cü ilədək müxtəlif idarələrdə çalışmışam. İş yerlərim əmək kitabçamda yazılıb və möhürlə təsdiq edilib. Pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şərur rayon şöbəsinə müraciət etdim. 1988-1998-ci illərdə qaz idarəsində işləyəndə çəkiliş və istismar sahələrinə baxmışam. Arxivdən arayış alıb verdim. Lakin bunu pensiya üçün qəbul etmədilər. Deyirlər ki, çəkiliş sahəsi olarsa, 57 yaşında pensiyaya çıxa bilərəm. Çünki bu sahədə 9 il işləmişəm və bu illər də güzəştli şərtlər yaradır. Arayışı qaz idarəsindən tələb edirlər. Mən həm çəkiliş, həm də istismar sahəsində işlədiyim üçün bu arayışı təqdim etsəm, 57 yaşımda təqaüdə çıxa bilərəmmi?Həsən MƏMMƏDOV,Şərur rayon Muğanlı kəndi.1. 31.09.1978-25.08.1987-ci illərdə Xəzər Dəniz İdarəsində dəniz yollarının yol göstəricilərinin yenilənməsi və təmiri üzrə sahədə işləmişəm. 57 yaşım var. Bu yaşda və qeyd etdiyim 9 il stajla güzəştli şərtlərlə pensiyaya çıxa bilərəmmi?2. 09.05.1988-ci ildən başlayaraq 12.10. 2014-cü ilədək müxtəlif idarələrdə çalışmışam. İş yerlərim əmək kitabçamda yazılıb və möhürlə təsdiq edilib. Pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şərur rayon şöbəsinə müraciət etdim. 1988-1998-ci illərdə qaz idarəsində işləyəndə çəkiliş və istismar sahələrinə baxmışam. Arxivdən arayış alıb verdim. Lakin bunu pensiya üçün qəbul etmədilər. Deyirlər ki, çəkiliş sahəsi olarsa, 57 yaşında pensiyaya çıxa bilərəm. Çünki bu sahədə 9 il işləmişəm və bu illər də güzəştli şərtlər yaradır. Arayışı qaz idarəsindən tələb edirlər. Mən həm çəkiliş, həm də istismar sahəsində işlədiyim üçün bu arayışı təqdim etsəm, 57 yaşımda təqaüdə çıxa bilərəmmi?Həsən MƏMMƏDOV,Şərur rayon Muğanlı kəndi.1. -\ Əmək pensiyaları haqqında\ qanunun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunan sahələrdə çalışan sığorta olunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar.Çalışdığınız sahə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş \ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı\ nda \ Nəqliyyat\ adlanan 21-ci bölmədə \ b) üzən heyət\ də göstərilmişdir. Lakin burada qeyd olunur ki, daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərindəki gəmi heyəti istisnalıq təşkil edir. Ona görə də 57 yaşında və qeyd etdiyiniz vəzifədəki 9 il sığorta stajına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxa bilməzsiniz.2. - Məktubunuza əmək kitabçasından çıxarış və Şərur Rayon Dövlət Arxivindən arayış əlavə etmişsiniz. Əmək kitabçasında 01.08.1989-01.11.1998-ci illərdə Şərur Qaz İstismar İdarəsində usta vəzifəsində işləməyiniz qeyd edilmişdir. İşlədiyiniz həmin müddətin güzəştli hesablanması üçün vəzifənin adı yuxarıda qeyd etdiyimiz Siyahıda göstərilməlidir. Qaz istismar idarəsində işlədiyiniz müddət vəzifənizin adı, iddia etdiyiniz kimi, əmək kitabçasında səhv yazılıbsa, qanunvericilikdə bu məsələ tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi \ İşçilərin əmək kitabçasının formaları və onun tərtibi Qaydaları\ nın 3.5.bəndinə əsasən, işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə, düzəliş işəgötürən tərəfindən aparılır. Həmin Qaydaların 3.7. bəndində isə göstərilir ki, əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı təşkilat tərəfindən aparılır.Qeyd edək ki, əmək kitabçasındakı bütün qeydlər əmrin (sərəncamın) məzmununa uyğun yazılır. Buna görə də əgər Şərur Qaz İstismar İdarəsi üzrə 01.08.1989-cu il tarixli 78 nömrəli (işə girmə) və 01.11.1998-ci il tarixli 11 nömrəli əmrlərdə (işdən çıxma) olan qeydlərlə əmək kitabçasında yazılanlar uyğun gəlmirsə, onda Qaydalarda göstərilən kimi bu səhv müəssisənin özü (hüquqi varisi və ya yuxarı təşkilatı) tərəfindən aradan qaldırıla bilər və Sizə arayış verilə bilər. Şərur Rayon Dövlət Arxivi əmək kitabçasına düzəliş edə bilməz. Həmin Arxiv tərəfindən verilən arayış isə qaz çəkilişində işlədiyinizi iddia etdiyiniz 1989-1998-ci illəri (9 il) deyil, 1998-2001-ci illərdə (3 il) Sizin mənzil-istismar kontorunda mühəndis işlədiyiniz zaman başqa bir vəzifəni də 0,5 ştat vahidi əvəz etməyinizə aiddir.Nəticə olaraq bildirmək istəyirik ki, mövcud qanunvericiliyə görə 63, yaşında yaşa görə əmək pensiyasına çıxmaq üçün DSMF-in müvafiq rayon şöbəsinə müraciət edə bilərsiniz. Respublikamızda nikaha düşmək üçün neçə yaş tələb olunur?Elmira SƏFƏROVA,Bakı şəhəri.-Qüvvədə olan Ailə Məcəlləsinin 10.1 maddəsinə əsasən, respublikamızda nikah yaşı kişilər və qadınlar üçün 18 yaş müəyyən edilmişdir.Üzrlü səbəblər olduqda nikaha düşmək istəyənlərin ərizəsi əsasında bu yaş həddi həmin şəxslərin yaşadıqları ərazi üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən 1 ildən çox olmayaraq azaldıla bilər.