10 günlük kurs başa çatdı


Baxıldı : 54

Tarix : 2017-09-30 00:06:17


Sentyabrın 22-də həmkarlar ittifaqı komitələrinin yenidən seçilmiş sədrləri üçün 10 günlük kurs başa çatıb. Kursa qeyri-istehsal sferasının həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri cəlb olunublar.

Kursda həmkarlar ittifaqı işçilərinin iş təcrübəsini nəzərə alaraq "Vətəndaş cəmiyyətinin formalaşmasında həmkarlar ittifaqının sosial institut kimi rolu" adlı modul təlim proqramı hazırlanıb. Proqramın birinci hissəsinə "Əmək Məcəlləsi", "Vergi Məcəlləsi", "Pensiya təminatı: mövcud vəziyyət və perspektivlər", "Azərbaycan Respublikasının Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi", "Azərbaycanda sosial sığorta islahatları. Sosial sığorta üzrə müavinətlər, müavinətlərin növləri, ödənilmə qaydaları", "Əməyin mühafizəsi sahəsində qanunvericilik və baş hüquqi aktlar" kimi mövzular daxil edilib. Məşğələlərin aparılması üçün nazirlik və həmkarlar ittifaqı təşkilatlarından mütəxəssislər dəvət olunub.        

Qanunvericiliyin, xüsusən də Əmək Məcəlləsinin mənimsənilmə səviyyəsi AHİK-in Hüquq Şöbəsi tərəfindən hazırlanmış testlərin köməyi ilə yoxlanılıb. Həmkarlar ittifaqı işinin bütün bölmələrini əhatə edən  bu proqramda təhsilin aktiv metodlarına, kiçik qruplarda isə problemli vəziyyətlərin və testlərin təhlilinə geniş yer verilib.

Praktiki məşğələlərdə isə aşağıdakı mövzulara toxunulub: "Həmkarlar ittifaqı üzvlüyünə motivasiya", "Həmkarlar ittifaqı və informasiya işi: əsas istiqamətlər, perspektivlər", "Müasir şəraitdə  həmkarlar ittifaqlarının fəaliyyəti", "Təşkilat işinin əsas istiqamətləri: təcrübə, formalar və metodlar", "Həmkarlar ittifaqı işində menecmentin əsasları", "Həmkarlar ittifaqları üzvlüyünün motivasiya aspektləri: tələbat, maraq, motiv anlayışları; motivasiya prosesi və  motivasiyanın təsnifatı".

Yuxarıda sadalananlar eyni zamanda "Azİntelekom" həmkarlar ittifaqı təşkilatında aparılan diskussiyaların müzakirə obyekti olub. 

Təlim proqramına daxil edilən mövzuların ("Dinləmə və izahetmə bacarıqları", "Auditoriya həyəcanının aradan qaldırılması və natiqlik bacarığı", "Stressin idarə olunması", "Liderlik və qrupdaxili mühit, "Təşkilati, sosial və şəxslərarası münaqişələrin idarə  edilməsi") həmkarlar ittifaqı komitəsinin sədrinin peşəkar natiq, həmçinin komandanın rəhbəri və təşkilatçısı kimi formalaşması üçün vacibliyi diqqətə çatdırılıb.

Kursun axırında dinləyicilərin hər birinin çıxışı dinlənilib.

Yekunda dinləyicilərə sertifikat verilib.

AZƏR