10 günlük kurslar başa çatdı


Baxıldı : 40

Tarix : 2018-12-01 05:49:27


Noyabrın 16-da ilk dəfə seçilmiş həmkarlar ittifaqı işçiləri üçün 10 günlük təlim kursları  başa çatdı. Kurslarda Dövlət İdarələri, Rabitə, Təhsil, Elektroenergetika, Dəniz Nəqliyyatı, Dəmiryolçular,  “Azərsu”, Neft və Qaz Sənayesi işçiləri həmkarlar ittifaqı respublika komitələrindən və “Kənd-Qida-İş” Hİ Federasiyasından 18 nəfər dinləyici iştirak edirdi. İlk dərs günü dinləyicilərin həmkarlar ittifaqı işinin bütün istiqamətləri üzrə bilikləri test üsulu ilə yoxlanıldı. Sonra Əmək Məcəlləsi, “Əməyin mühafizəsi haqqında” qanun, Vergi Məcəlləsi, pensiya qanunvericiliyi, kollektiv müqavilə, “Həmkarlar ittifaqları haqqında” qanuna və BƏT-in konvensiyalarına dair məlumat xarakterli dərslər keçirildi. Proqrama daxil edilmiş mövzuların daha yaxşı mənimsənilməsi məqsədilə müxtəlif tədris metodlarından istifadə olundu. Yəni dinləyicilərə sərbəst tapşırıqlar verildi. Müzakirələr təşkil olundu. Nəticələr test vasitəsilə müəyyənləşdirildi.

Dinləyicilər Rabitə İşçiləri Həmkarlar İ

ttifaqı Respublika Komitəsinin təşəbbüsü əsasında “Teleradio” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsində təşkilatın iş təcrübəsi ilə tanış oldular.

Kurslarda nazirliklərdən, elmi-tədqiqat institutlarından, AHİK-dən dəvət olunmuş mütəxəssislər mühazirələr oxudular.

Sonda kurs iştirakçılarına disklər paylanıldı və metodik tövsiyələr verildi.