10 min kiçik sahibkara sərfəli kreditlər...


Baxıldı : 160

Tarix : 2016-06-03 05:34:00


Dünya Bankı (DB) Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan kiçik sahibkarların pul ehtiyacını ödəmək üçün yeni - \ Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi\ layihəsinə start verib. Layihəyə əsasən, məhsul istehsal edən kiçik fermerlər, emal və tədarük sahəsində çalışanlar, eləcə də logistika, daşınma, satış fəaliyyəti ilə məşğul olan sahibkarlar bankın maliyyəsindən faydalanacaq. Ümumiyyətlə, DB azərbaycanlı 10 min nəfərə yaxın sahibkarın güzəştli və sərfəli şərtlərlə kredit alıb öz təsərrüfatlarını yaxşılaşdırmağa kömək edəcək.Dünya Bankının aqrar məsələlər üzrə meneceri Rufiz Çıraqzadə bildirib ki, hazırda kənd təsərrüfatında mülkiyyətçilərin kreditlə təminatı aşağı səviyyədədir, bankların kredit portfelinin cəmi 4,7%-i bu sahəyə aiddir. DB aqrar sahəyə mikrokreditlər ayırsa da, burada əsas rol bankların üzərinə düşür. Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, yeni layihə aqrar sahədə Avropa və Amerikanın ən uğurlu modellərindən hesab olunur və rəqabətədavamlı məhsul istehsalı və tədarükünə imkan yaradır. Bu modelin yaxın zamanlarda respublikanın bütün aqrar rayonlarında tətbiqi nəzərdə tutulur. ELBRUS