11 idmançımızın adı siyahıda


Baxıldı : 241

Tarix : 2016-02-06 03:14:00


Dünya Güləş Birliyi (DGB) 2016-cı ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Sərbəst güləşçilərimizdən 11-i DGB-nin reytinq siyahısında yer alıb. Ən yaxşı göstərici ikiqat dünya çempionu Hacı Əliyevə (61 kq.) məxsusdur. O öz çəkisində reytinqin birincisidir. Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov (125 kq.) reytinqdə ikinci sıradakı mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov (97 kq.) isə öz çəkisinin reytinqində üçüncü pillədə qərarlaşıb.\ Zenit\ İdman Cəmiyyətinin yetirməsi olan Cəbrayıl Həsənov (74 kq.) isə öz çəki dərəcəsinə görə reytinqdə 13-cü yerdədir. Azər MUSTAFAYEV