12 sədrə yenidən etimad göstərildi


Baxıldı : 174

Tarix : 2015-01-17 12:57:00


TİAHİ Sumqayıt Şəhər Komitəsinin xidmətinə daxil olan ilk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib. Sahə Hİ Respublika Komitəsinin 15.12.2014-cü il tarixli məktubu ilə əlaqədar Sumqayıt Şəhər Komitəsinin Rəyasət Heyətində ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsi məsələsi müzakirə olunaraq qərar qəbul edilib.Hesabat-seçki yığıncaqları ilə əlaqədar şəhər təhsil şöbəsinin akt zalında ilk həmkarlar ittifaqı komitələrinin sədrləri və təhsil müəssisələrinin rəhbərləri ilə seminarlar keçirilib. Seminarda 120 ilk həmkarlar ittifaqı komitəsinin sədrlərinə hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə əlaqədar şəhər komitəsinin qərarı, ssenarisi, sədrin hesabatında toxunulacaq məsələlər haqqında plan verilib. Şəhər komitəsinə təhvil veriləcək yekun cədvəlin nümunələri paylanıb.Hesabat-seçki yığıncaqları artıq 14 təhsil müəssisəsində başa çatıb.2 təhsil müəssisəsində yeni tərkibdə komitə üzvləri və sədr seçilib. Qalan 12 təhsil müəssisəsində isə əvvəlki sədrlərə yenidən etimad göstərilib.Hesabat-seçki yığıncaqlarında şəhər komitəsinin aparat işçiləri məsul şəxs qismində iştirak edirlər. Onlara gələcək fəaliyyətləri ilə bağlı müvafiq tövsiyələr verirlər.B.RZAYEV