15 gündü...


Baxıldı : 365

Tarix : 2016-02-27 04:41:00


15 gündür ki, bir təşkilata ərizə ilə müraciət etmişəm, amma cavab almamışam. Bilmək istəyirəm, müraciətə hansı müddətdə baxılmalıdır?Qəndab HƏSƏNOVA,Ucar rayonu.- \ Vətəndaşların müraciətləri haqqında\ qanunla vətəndaşların müraciətlərinə baxılma müddətləri müəyyən edilmişdir. Belə ki, Qanunun 9.2. maddəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.Qanunun 9.6. maddəsinə əsasən, dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə 20 iş günü müddətində baxılır. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.Yuxarıda göstərilən hallar istisna olmaqla qalan hallarda vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.Bu cür müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.Göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.Vəfat etmiş şəxsin şəxsiyyət vəsiqə sini hara təhvil vermək lazımdır?Səlim ƏLİYEV,Gəncə şəhəri.- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi respublika ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir. Vətəndaş vəfat etdikdə onun şəxsiyyət vəsiqəsi müvafiq orqana təhvil verilməlidir. Bu hal \ Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında\ qanunla və Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş \ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında\ Qayda ilə tənzimlənir.Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun 7-ci maddəsində ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin hansı orqana təhvil verilməsi haqqında danışılır: -\ Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi müvafiq icra hakimiyyəti orqanına göndərilir.Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir\ .Adıçəkilən Qaydanın 8-ci bölməsi isə \ ölümün qeydə alınması\ adlanır. 8.2.-də deyilr: \ ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazəsini təsdiq edən sənədlər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir\ .Yuxarıda qeyd etdiyimiz Qərarın və adıçəkilən Qaydanın tələbindən də görünür ki, vəfat etmiş şəxsin şəxsiyyət vəsiqəsi və ya yaşamaq üçün icazəsini təsdiq edən sənəd ölüm haqqında qeydiyyatı aparan və ölüm haqqında şəhadətnaməni verən orqana təhvil verilməlidir. Torpaq sahəsi almaq istəyirəm. Bilmək istəyirəm, hansı torpaq sahəsini almaq olar? Əcnəbilər Azərbaycanda torpaq ala bilərmi?Mənsurə KƏRİMOVA,Ağdaş rayonu.- Sizin sorğunuzla bağlı məsələlər Torpaq Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 86-cı maddəsində torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri təsbit edilmişdir. 86-cı maddədə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər:xüsusi mülkiyyətdə olan torpaqlar;bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları;girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan torpaq sahələri;özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları;bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar satılmır, torpaq onlara yalnız icarəyə verilə bilər.Hakim seçilmək üçün hansı tələblər lazımdır? Kimlər hakim ola bilər?Səxavət MİRZƏYEV,Şirvan şəhəri.- Konstitusiyamıza əsasən, respublikamızda məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.Hakim vəzifəsinə namizədlərə aid tələblər həm Konstitusiyanın 126-cı maddəsində, həm də \ Məhkəmələr və hakimlər haqqında\ qanunun 93-cü maddəsində belə müəyyən edilmişdir: Yaşı 30-dan aşağı olmayan seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə hakim səlahiyyətlərini yerinə yetirməyə qadir olmayan, cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, hakimin adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilmiş şəxslər hakim ola bilməzlər.Torpaq sahəsi müəssisənin nizamnamə (pay) fonduna verilə bilərmi?Salman QASIMOV,Gəncə şəhəri.- Torpaq sahəsinin müəssisənin nizamnamə (pay) fonduna verilməsi qaydası Torpaq Məcəlləsinin 87-ci maddəsində ətraflı verilmişdir. Həmin maddəni olduğu kimi diqqətinizə çatdırırıq:Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət və istifadə hüququ formalarında verilir.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi nizamnamə (pay) fonduna yalnız istifadə hüququ əsasında verilə bilər.Torpaq istifadəçiləri torpaqdan istifadə hüququnu nizamnamə (pay) fonduna yalnız mülkiyyətçilərin razılığı ilə müvəqqəti verə bilərlər.Pay şəklində verilən torpaq sahəsinin və ya sahədən istifadə hüququnun dəyəri torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi barədə tərəflər arasında bağlanılmış müqavilə ilə müəyyən edilir.Torpaq sahəsi üzərində mülkiyyət və ya ondan istifadə hüququ nizamnamə (pay) fonduna qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra keçir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyatı torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi barədə tərəflərin müqaviləsi əsasında aparılır.