15 Sentyabr - \ Bilik Günü\ dür Bu gün ölkəmizdə Bilik günü\ kimi qeyd olunur


Baxıldı : 206

Tarix : 2016-09-08 05:21:00


15 Sentyabr - şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bir bayram günüdür.Əksər təhsil ocaqları yeni dərs ilinə müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş binada başlayır.Hər il olduğu kimi, bu dəfə də bütün təhsil işçilərini, tələbə və şagirdləri bir sıra yeniliklər gözləyir. Bu isə həm də uğurların başlanğıcı deməkdir. Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir andır. İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Qeyd edək ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları müvəffəqiyyətlə icra olunur. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyələrini verməsi dövlət başçısının bu sahəni hər zaman diqqətdə saxlamasının göstəricisidir. Bu həm də görülən işlərin keyfiyyətinə də müsbət təsir edir.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, 2016-2017-ci dərs ili üçün Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın uşağın qəbul olunacağı gözlənilir. Məktəblərdə I sinfə qəbul prosesi sentyabrın 15-də yekunlaşacaqdır. 2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12315 nəfər dövlət sifarişi əsasında, 22456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Xatırladaq ki, \ Azərbaycan Respublikasında \ Bilik günü\ nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında\ fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır. Azər MUSTAFAYEV