150-dən çox növü olan vanil haqqında bilmədikləriniz


Baxıldı : 78

Tarix : 2019-02-18 05:39:44


Bu ətirli ədviyyat bütün dünyada tanınır. Bitkinin əsas vətəni Meksika olsa da, daha çox Madaqaskarda becərilir. Vanil, eyni zamanda, dünyada zəfərandan sonra ən bahalı ikinci ədviyyatdır. Əvvəllər vanildən qoxu vermək üçün istifadə edilirdisə, sonralar vanildən dad vermək üçün istifadə etməyə başladılar. Vanil kalsium, natrium və ferrium mineralları ilə də zəngindir. Digər tərəfdən, vanilin tərkibində xolesterol yoxdur. Həmçinin, tərkibində şəkər olduğu üçün kalori miqdarı yüksəkdir.

Təbii vanil tək ədviyyat deyil, bu həm də müalicəvi vasitədir. Vanil güclü antidepressant xüsusiyyətlərinə malikdir. Vanilin qoxusu orqanizmdə “xoşbəxtlik hormonu” adlandırılan serotoninin ifrazını artırır. Nəticədə insanın əhvali-ruhiyyəsi yaxşılaşır, yorğunluq, stress, həyacan azalır. Vanil insanın əqli fəaliyyətinə də müsbət təsir edir, yaradıcılığı stimullaşdırır. 

Vanil kosmetologiyada çox geniş istifadə olunur. Vanil yağı dəriyə, saçlara çox müsbət təsir edir, dərini cavanlaşdırır, nəmləndirir, tonuslaşdırır, daha dartılmış və hamar edir. Ev şəraitində bir neçə damcı vanil yağını üz və ya bədən kreminə, skraba, losyona, şampuna əlavə etmək olar.