16 milyon dollara Ferrari”


Baxıldı : 311

Tarix : 2015-02-14 04:50:00


Bir vaxtlar fransız aktyor Alen Delonun idarə etdiyi klassik \ Ferrari\ rekord qiymətə satılıb. Parisdə təşkil edilən auksionda 1961-ci il istehsalı olan \ Ferrari\ hərraca çıxarılıb. Retro avtomobil həvəskarlarının böyük marağına səbəb olan bu model nə az, nə çox -16 milyon dollara satılıb. Avtomobilin tarixçəsində bir vaxtlar onu Alen Delon və Jerard Bleyn kimi məşhur simaların idarə etdiyi qeyd olunub. Avtomobilə ağlasığmaz məbləğdə pul verən alıcı adının açıqlanmasını istəməyib. Kimliyi açıqlanmayan alıcının nümayəndəsi \ Bu şəxs avtomobili almaq üçün dərhal istənilən məbləği ödəməyə hazır idi. Düzdür, 1961-ci il istehsalı olan avtomobilə 16 milyon pul vermək məntiqsiz görünə bilər, ancaq biz avtomobillə bərabər onun tarixçəsini də satın aldıq\ , -deyə bildirib.CAVİD