18 milyon ödəməklə...


Baxıldı : 283

Tarix : 2015-02-07 14:16:00


sualtı villalarda yaşaya bilərsənGələn həftə Dubayda \ The World\ süni arxipelaqında villaların satışına başlanacaq. \ Newsland\ portalının Birləşmiş Ərəb Əmirliklərinin \ The National\ nəşrinə istinadla yaydığı xəbərə görə, villaların üçdə bir hissəsi suyun altında yerləşir. Belə daşınmaz əmlakın ilkin qiyməti 5 milyon dirhəm dəyərləndirilir ki, bu da təxminən 18,3 milyon dollar deməkdir.Birinci mərtəbəsi suyun altında olacaq üçmərtəbəli villalar Avropa üslubunda tikiləcək. Kompleksin inşası 2017-ci ildə başa çatacaq, lakin potensial investorlar üçün artıq satışa dəvət göndərilib.\ Avropanın ürəyi\ adlı layihəyə daxil olan \ Kənd\ kompleksi 6 adada yerləşəcək. Süni arxipelaq bütövlükdə Yer kürəsi qitələrini xatırladır. CAVİD