18 yaşım tamam olmayıb


Baxıldı : 153

Tarix : 2020-04-30 05:07:14


 

- Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən, uşaq 18 yaşına çatana qədər uşağın adını, eləcə də soyadını dəyişdirmək üçün ata və ananın hər ikisinin, həm də  qəyyumluq və himayə orqanının razılığı tələb olunur. Bu razılıq verilərkən uşağın maraqları əsas tutulmalıdır. Uşaq 10 yaşına çatıbsa, ad və soyadının dəyişdirilməsi üçün uşağın da razılığı tələb olunur. Əgər valideylərdən biri, yaxud himayə və qəyyumluq orqanı razılıq verməzsə, məsələ məhkəmə yolu ilə həll oluna bilər. Uşağın ata-anası ayrı yaşadıqda da uşaqla birgə yaşayan valideyn uşağa öz soyadını vermək istədikdə, qəyyumluq və himayə orqanı bu məsələni o biri valideynin rəyini və uşağın marağını əsas tutmaqla həll edir.