19 medal qazanıblar


Baxıldı : 126

Tarix : 2018-03-02 21:01:39


Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir başa çatıb.

37 ölkədən 500-dək idmançının iştirak etdiyi turnirdə yığma komandamızın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb.

Yunan-Roma güləşi üzrə yığmamız turniri 4 qızıl, 2 gümüş  və 2 bürünc medalla başa vurub. Qadın güləşçilərimiz 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib. Sərbəst güləşçilərimiz ümumilikdə 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirdə yığmamızın tərkibində iştirak edən Cəbrayıl Həsənov (79 kq.) gümüş medala, Əfqan Xaşalov (57 kq.) isə bürünc medala sahib olub.

Qeyd edək ki, Cəbrayıl Həsənov (79 kq.) və Əfqan Xaşalov (57 kq.) “Zenit” İdman Cəmiyyətinin yetirmələridir.