190 nömrəli Konvensiyanı ratifikasiya edən ilk ölkə


Baxıldı : 70

Tarix : 2019-12-27 16:45:05


Uruqvayda yuxarı palatada - Senatda prosedur başa çatdıqdan sonra, dekabrın 17-də aşağı palata-Nümayəndələr Palatası  iş yerində zorakılıq və təcavüzün aradan qaldırılması haqqında Konvensiyanı təsdiq edib.

Uruqvay Beynəlxalq Əmək Təşkilatının (BƏT) “İş yerində  zorakılıq və təcavüzün aradan qaldırılması haqqında” 190 nömrəli Konvensiyasını ratifikasiya edən ilk ölkədir.

Nümayəndələr Palatası Baş Assambleyaya göndərilən qanun layihəsinə müsbət rəy vermiş  və bununla da həmin beynəlxalq sənədi ratifikasiya etmişdir. Qanun layihəsi hüquqi qüvvəyə minməsi məqsədilə təsdiq və dərc olunmaq üçün müvafiq icra hakimiyyətinə göndərilmişdir.

190 nömrəli Konvensiya və ona uyğun olan 206 saylı tövsiyə 2019-cu ilin iyununda BƏT tərəfindən  təşkilatın yüzillik yubileyi çərçivəsində 108-ci Beynəlxalq Əmək Konfransı zamanı qəbul edilib.