1953 - cü...


Baxıldı : 195

Tarix : 2016-11-14 17:28:00


1953 - cü il noyabrın 7-də anadan olmuşam, ali təhsilliyəm. Əmək fəaliyyətinə 01 avqust 1970 - ci ildən sıravi kolxozçu kimi başlamışam. 1974 -1976 -cı illərdə hərbi xidmətdə olmuşam. 1982 - ci ildən Azərmətbuatyayımı\ İstehsalat Birliyinin Gədəbəy Rayon Mətbuatyayımı\ Şöbəsində çeşidləyici, 1993 - cü ildən bu günə kimi şöbənin rəisi vəzifəsində çalışıram. 46 il əmək stajım var. Mən necə əmək veteranı adı ala bilərəm? Xahiş edirəm, bu haqda qəzetiniz vasitəsilə mənə cavab verəsiniz.Musa MƏMMƏDOV,Gədəbəy rayonu.- Müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusu \ Veteranlar haqqında\ qanunla və \ Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Əsasnamənin \ Əmək veteranı\ adlanan 3-cü bölməsinə əsasən, əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış bəzi kateqoriyadan olan şəxslərə verilir. Uzun illər ictimai əməklə məşğul olanlar da bu şəxslərin siyahısına aiddir.Kişilər 40 ildən artıq əmək stajına, qadınlar isə 30 ildən artıq əmək stajına malik olduqda \ Əmək veteranı\ adını almaq üçün müraciət edə bilərlər.46 il əmək stajınız varsa, əmək veteranı adı almaq üçün ərizə ilə öz iş yerinizin rəhbərliyinə müraciət edə bilərsiniz. Ərizəyə şəxsiyyət vəsiqəsinin, pensiya kartının və əmək kitabçasının surətini, 2 ədəd 3x4 ölçüsündə şəkil də əlavə edilməlidir. Əmək veteranı statusunu təsdiq edən sənəd isə əmək veteranı vəsiqəsidir. Həmin vəsiqə Sizə əmək veteranı adı veriləndə təqdim edilir. Qızım 6 yaşında olanda evdə yıxıldı. Uzun müddət müalicə aldı. 2008-ci ildə 7 dəfə əməliyyat olundu. 23 yaşından sonra ona III qrup əlillik verildi.Özüm 1979-cu ildən məktəbdə işləyirəm. Bilmək istəyirəm, mən 57 yaşında, III qrup əlil qızım olması səbəbindən, əmək pensiyasına çıxa bilərəmmi? Buna stajım da çatır.Zərifə İSGƏNDƏROVA,Yevlax rayonu.- \ Əmək pensiyaları haqqında\ qanuna əsasən, 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8-ci maddəsi isə çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququnu tənzimləyir.8.2. maddəyə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların yaşa görə əmək pensiyası üçün müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən Qanunda sosial sığorta stajına daxil olan iş və digər fəaliyyət növləri müəyyən edilmişdir. Qanunun 21.2.4. maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilmə müddəti də sosial sığorta stajına hesablanır.8.2. maddədə qeyd olunandan artıq sığorta stajınız və yaşınız olsa da, Siz sağlamlıq imkanları məhdud uşağını 8 yaşadək böyütmüş ana kimi yaşa görə əmək pensiyasına çıxa bilməzsiniz. Çünki qızınız sağlamlıq imkanları məhdud uşaq hesab edilməmiş, ona 23 yaşında III qrup əlillik verilmişdir. Yeni işə daxil olmuşam. Mənimlə müddətli əmək müqaviləsi bağlanılıb. Bilmək istərdim, əmək müqaviləsi hansı hallarda müddətli bağlanmalıdır? Zahid BAYRAMOV,Salyan rayonu.-Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə ilboyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı;c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, ordinatorluq, internatura, bakalavrlıq dövrləri) hallarda;d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;e) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları vasitəsilə)) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;ə) bu Məcəllənin 6-cı maddəsinin \ c\ bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.12 oktyabr 2016-cı ildə 63 yaşım tamam olub. Ümumi fasiləsiz əmək stajım 18.08.1972-ci il tarixdən 09.09.2014-cü il tarixədək, əyani təhsil-peşə məktəbi (01.09.1971-ci ildən-26.06.1972-ci ilədək) və hərbi xidmət (22.11.1972-ci ildən-03.07.1974-cü ilədək) olan dövr daxil olmaqla 43 il, 5 ay, 17 gün təşkil edir. Bundan 33 il, 10 ay, 13 gün 01.01.2006-cı il tarixədək, 9 il, 7 ay, 4 gün isə 01.01.2006-cı ildən bu günədək olan dövrün əmək stajını təşkil edir. 01.01.2006-cı il tarixdən 01.01.2016-cı il tarixədək işlədiyim üç müəssisədən hesablanmış 22452 manat 42 qəpik əməkhaqqından sosial sığorta haqqı 5427 manat 32 qəpik fərdi uçotda şəxsi hesabıma köçürülüb. Bilmək istəyirəm, mənə nə qədər pensiya hesablanacaq? Pensiya hesablanması qaydası barədə məlumat verməyinizi xahiş edirəm.Əmək stajına görə 1-93 manat əmsalla pensiya hesablandıqda 01 yanvar 2006-cı ildən sonrakı dövr nəzərə alınırmı? Hazırda həmin əmsal neçə manatdır?İsaməddin FİDAYEV,Quba şəhəri.-\ Əmək pensiyaları haqqında\ qanuna əsasən, vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların 01.06.2006-cı il tarixədək (adıçəkilən Qanunun qüvvəyə mindiyi tarix) qazanmış olduqları əmək pensiyası hüquqları bu dövrə aid olan ümumi iş stajına görə hesablanır. Qanunun 27.1. maddəsinə əsasən, bu zaman sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır.İkinci mərhələdə sığorta hissə 01 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Bu iki hissədən ibarət pensiya kapitalı sığorta hissəni təşkil edir və alınan məbləğin üzərinə həmin dövrdə mövcud olan pensiyanın baza hissəsi əlavə olunur. Pensiya hesablanan zamanı müəyyən olunmuş pensiyanın baza hissəsi ilə sığorta hissəsi cəmlənməklə pensiyanın ümumi məbləği alınır. Qanunun 29.2. maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi (o cümlədən Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.Sizə Qanuna əsasən, əmək pensiyasının hesablanmasının ümumi qaydalarını izah etdik. Lakin əmək pensiyası təminatına dair normativ-hüquqi aktlara əsasən, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, ödənilməsi, növünün dəyişdirilməsi şəxsin daimi yaşadığı yer üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələri tərəfindən həyata keçirilir. Əmək pensiyası hüququ qazandığınız vaxt DSMF-in Quba Rayon Şöbəsinə müraciət edə bilərsiniz.