20 Yanvar şəhidinin xatirəsinə...


Baxıldı : 213

Tarix : 2016-01-16 03:38:00


Yanvarın 16-da (bu gün. red.) Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 19-cu beynəlxalq turnir və qadın güləşi üzrə böyüklər arasında açıq Azərbaycan Kuboku yarışı keçirilir. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq.-a qədər çəki dərəcələri üzrə keçiriləcək yeniyetmələrin yarışında 1999-2001-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Yeniyetmələrin yarışında Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan və Rusiya, qadınların yarışında isə Macarıstan və Qazaxıstandan olan güləşçilərin iştirakı gözlənilir. Qadın güləşçilər 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq. çəki dərəcələrində yarışacaq. Görüşlər səhər saat 10:00-da, təntənəli açılış mərasimi isə saat 16:00-da başlayır. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.Azər MUSTAFAYEV