2013-2017-ci illərdə  Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin xronologiyası


Baxıldı : 115

Tarix : 2018-01-26 19:33:13


11-20 dekabr - AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Pan Avropa Regional Şurasının Brüsseldə keçirilən III Baş Assambleyasında iştirak etmişdir.

12-19 dekabr -Brüsseldə keçirilən PARŞ-ın III Baş Assambleyasında AHİK-in nümayəndəsi iştirak etmişdir.

15 dekabr - Brüsseldə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) III Baş Assambleyası keçirilib. Assambleyada AHİK sədri, millət vəkili S.Möhbalıyev PARŞ-ın vitse-prezidenti seçilib.

25 dekabr - AHİK-in III Məclisi keçirilib.

28-30 dekabr -  AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Avrasiya, Qida, Kənd Təsərrüaftı, Meşə və Turizm İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Federasiyasının İstanbul şəhərində keçirdiyi seminarda iştirak etmişdir.

29 dekabr - Təhsil İşçiləri Azad HİRK-i Bakı Biznes Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tələbə-gənclər üçün bayram şənliyi təşkil edilmişdir. Tədbirdə AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

2016-cı il

01-07 yanvar - AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin rəhbərliyi ilə nümayəndə heyəti ikitərəfli münasibətləri inkişaf etdirmək məqsədilə Polşa Həmkarlar İttifaqları Konfederasiyasının (OPZZ) dəvəti ilə Varşava şəhərində olmuşdur.

11 yanvar - AHİK-in böyük zalında ali məktəb tələbələri arasında keçirilmiş futzal üzrə idman, “Nə? Harda? Nə zaman?” intellektual yarışları və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. Mərasimdə AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

15 yanvar - AHİK tərəfindən 20 yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib, 112 şəhid ailəsinin hər birinə 100 manat, ümumilikdə 11200 manat maddi yardım edilib.

20 yanvar - AHİK və üzv təşkilatların işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

25 yanvar - AHİK sədri, BHİK-in və PARŞ-ın vitse-prezidenti, millət vəkili S.Möhbalıyev BƏT-in Transmilli Korporasiyalar və Müəssisələrlə iş Departamentinin rəhbəri xanım Sitha Relansın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

01-05 fevral - AHİK-in nümayəndə heyəti Polşada işgüzar səfərdə olmuşdur. AHİK sədri, millət vəkili S.Möhbalıyevin rəhbərlik etdiyi  nümayəndə heyəti  ikitərəfli münasibətləri inkişaf etdirmək üçün Alyansın prezidenti Yan Qusla görüşmüşdür.

02 fevral - Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Gənclər Günü münasibətilə yığıncaq keçirilib. AHİK-in nümayəndəsi yığıncaqda iştirak və çıxış edib.

11 fevral - AHİK-in sədri S.Möhbalıyev  AR Prezidenti İ.Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası və sosial-iqtisadi inkişafın dayanıqlığına həsr olunmuş görüşdə Göygöl rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etmişdir.

12 fevral - AHİK-in nümayəndəsi Bakıda keçirilən “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025)” layihəsinin hazırlanması çərçivəsində keçirilən “Məşğulluq siyasəti” mövzusunda 4 günlük təlim-seminarda iştirak və çıxış edib.

16 fevral - AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Pan Avropa Regional Şurasının rəhbərlərinin Brüsseldə keçirilən görüşündə iştirak etmişdir.

16 fevral - BHİK-in Brüsseldəki mənzil-qərargahında keçirilən PARŞ-ın iclasında vitse-prezident S.Möhbalıyev çıxış etmiş və növbəti mərhələdə PARŞ-ın regiondakı fəaliyyətinə dair təkliflər vermişdir.

22 fevral - AHİK-in sədri S.Möhbalıyev yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü seçilib.

24 -25 fevral - AHİK-in üzv təşkilatları və onların  xidmətində olan həmkarlar ittifaqı təşkilatları Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirmiş, “Ana harayı” abidəsini ziyarət etmişlər.

25 fevral - Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar həmkarlar ittifaqlarının əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər.

02 mart - AHİK sədri, millət vəkili S.Möhbalıyev ATİAHİ-in adlı təqaüdlər və müsabiqələrdə fərqlənənlərə mükafatlar təqdimatına həsr olunmuş yığıncaqda iştirak və çıxış etmişdir.

07 mart - Ankarada “Hak-İş” Konfederasiyasının dəvəti ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konfransda AHİK-in nümayəndələri iştirak edib.

10 mart - AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilib.

14 mart - AHİK-in sədri, millət vəkili S.Möhbalıyev Qarabağ əlillərinin bir qrupunu qəbul edib. Novruz bayramı münasibətilə təbrik edib və maddi yardım göstərilib.

17 mart - AHİK-in sədri S.Möhbalıyev Ankarada baş vermiş faciə ilə bağlı Türkiyənin həmkarlar ittifaqı liderlərinə başsağlığı teleqramı göndərib.

17 mart - AHİK-in nümayəndəsi Albaniya Həmkarlar İttifaqlarının yaranmasının 25 illiyi ilə əlaqədar Tirana şəhərində qurultayda iştirak edib.

17 mart - AHİK-in nümayəndəsi Təhsil İşçiləri Azad HİRK-in  Beynəlxalq  Əməyin Mühafizəsi Günü münasibətilə təşkil olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində  iştirak və çıxış etmişdir.

20-24 mart - Brüsseldə PARŞ-ın İcraiyyə Komitəsinin 9-cu görüşünün iclasında AHİK-in nümayəndələri iştirak ediblər.

22-27 mart - AHİK-in nümayəndəsi Kiyevdə Ukrayna Həmkarlar İttifaqları Federasiyasının VII qurultayında iştirak edib.

05-10 aprel - AHİK-in nümayəndəsi İsrailin Ümum Əmək Federasiyasının (HİSTADRUT) Beynəlxalq İnstitutunda keçirilmiş konfransda iştirak etmişdir.

06 aprel - AHİK-də işğalçı erməni silahlı qüvvələrinin təxribatına layiqli  cavab verən və düşmənin mövqeyinə sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusuna dəstək məqsədilə toplantı keçirilib. Toplantıda AHİK sədri, millət vəkili S.Möhbalıyev çıxış edib .

08 aprel -Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqının yaranmasının 25 illiyinə həsr olunmuş mərasim  keçirilmişdir. Mərasimdə AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

12-14 aprel - AHİK BƏT ilə “İqtisadi böhranın dərinləşməsi şəraitində həmkarlar ittifaqları. Fəaliyyət və perspektivlər” mövzusunda birgə seminar keçirmişdir. Seminarda AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

14-15 aprel - Portuqaliyanın Lissabon şəhərində Beynəlxalq Əmək Konfransına hazırlıq görüşü keçirilmişdir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Həmkarlar İttifaqı İnsan Hüquqları Departamenti, Pan Avropa Regional Şurası və Fridrix Ebert Fondu tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycan həmkarlar ittifaqlarını AHİK-in nümayəndələri təmsil etmişlər.

15 aprel -Bakıda Türkiyənin “Hak-iş” Konfederasiyası Sədrlər Şurasının toplantısı keçirilib. Toplantıda AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

15 aprel - Bakıda Muğam Evində Beynəlxalq Mədəniyyət Günü və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaranmasının 110 illiyi münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.    

 

15 aprel - Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş imzalanmışdır.

16 aprel - AHİK-də “Çernobıl AES-də qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi üzrə Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

21-22 aprel - AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin rəhbərliyi ilə nümayəndə heyəti Moskva şəhərində keçirilən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin və Şurasının iclaslarında iştirak etmişdir.

26 aprel - AHİK-də AHİK və Türkiyə Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyası “Memur-Sen” ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

26 aprel - Fövqəladə Hallar Nazirliyi İşçiləri Hİ Çernobıl qəzasının 30 illiyilə bağlı dəyirmi masa keçirmişdir. Tədbirdə AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

29 aprel - Əl Oyunları Sarayında ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş ali təhsil müəssisələri işçilərinin respublika spartakiadasının və ali məktəb tələbələri arasında idmanın müxtəlif növləri üzrə respublika çempionatlarının final mərhələsinin açılış mərasimi keçirilib. Mərasimdə AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

29 aprel - 28 iyul - Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, Sumqayıt, Şəkidə  AHİK “Həmkarlar ittifaqına üzv ol” mövzusunda silsilə seminarlar keçirmişdir.

04 may - AHİK-də 28 Aprel - Ümumdünya  Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə AHİK sədri, BHİK və PARŞ-ın vitse-prezidenti, Milli Məclisin  deputatı S.Möhbalıyev iştirak və  çıxış etmişdir.

05 may - “Gülüstan” sarayında məktəblilər arasında ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

06 may - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tələbə gənclərin bədii yaradıcılıq festivalının başa çatdırılması münasibətilə konsert keçirilib. Tədbirdə AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış edib.

09 may - İstanbulun Sarıyer  rayonundakı H.Əliyev parkında anım mərasimi keçirilmişdir. AHİK sədri, millət vəkili S.Möhbalıyev mərasimdə iştirak və çıxış etmişdir.

19 may - AHİK sədri, millət vəkili S.Möhbalıyev Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyətini qəbul etmişdir.

20 may - Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət etmişdir.

24-27 may - AHİK-in nümayəndəsi Pan Avropa Regional Şurasının rəhbərlərinin və miqrasiya ilə bağlı ekspertlərin Brüsseldə keçirilən görüşlərində iştirak etmişdir.

30 may - 11 iyun - Cenevrədə Beynəlxalq Əmək Konfransının 105-ci sessiyası keçirilmişdir. Sessiyada AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

31 may - 02 iyun - Azərbaycan Dəmiryolçuları Müstəqil HİRK-in Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının 5-ci Beynəlxalq Gənclər Forumu  keçirilib. Forumun işində MDB və Baltikyanı ölkələrin dəmiryolçularının 9 həmkarlar ittifaqından 60 gənc nümayəndə iştirak edib.

02 iyun - Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində  Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin təşəbbüsü, ATİAHİ-nin birgə təşkilatçılığı ilə 17 ölkənin nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfrans keçirilib. Konfransda AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

10 iyun - AHİK-in nümayəndəsi Nabranda keçirilən “Uşaq əməyinə qarşı mübarizədə həmkarlar ittifaqlarının siyasəti və fəaliyyət planı” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

13-14 iyun - Bakıda Beynəlxalq Əmək Təşkilatının 204 saylı Tövsiyəsinə əsasən, “Qeyri-formal iqtisadiyyat - həmkarlar ittifaqının siyasəti və fəaliyyəti” mövzusunda subregional maarifləndirici seminar keçirilib. Seminarda BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya Bürosunun, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak etmişlər. AHİK sədri, millət vəkili S.Möhbalıyev seminarda iştirak və çıxış etmişdir.

16 iyun - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatı nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. AHİK sədri, millət vəkili S.Möhbalıyev konfransda iştirak və çıxış edib.

17 iyun - İsmayıllı rayonunda AHİK-in təşkilatçılığı ilə “Uşaq əməyinə qarşı mübarizədə həmkarlar ittifaqının siyasəti və fəaliyyət planı” mövzusunda seminar keçirilmişdir. Seminarda AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

28 iyun - Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar ittifaqları Birliyinin Bakıda keçirilən XI Forumunda AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

01 iyul - AHİK-də ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ali təhsil müəssisələri işçilərinin Respublika Spartakiadası və ali təhsil müəssisələri  tələbələrinin respublika çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AHİK sədri, millət vəkili S.Möhbalıyev mərasimdə iştirak və çıxış etmişdir.

02 iyul -  AHİK-in nümayəndəsi Masallı rayonunda keçirilən “Uşaq əməyinə qarşı mübarizədə həmkarlar ittifaqlarının siyasəti və fəaliyyət planı” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

04 iyul - AHİK sədri, millət vəkili S.Möhbalıyevin bir qrup Qarabağ əlili ilə görüşü olmuşdur.

04 iyul - AHİK-in nümayəndəsi Şərq Tərəfdaşlığı “Vətəndaş Cəmiyyəti” Forumunun 5-ci işçi qrupunun Belçikada keçirilən görüşündə iştirak etmişdir.

14 iyul - AHİK sədri, BHİK və PARŞ-ın vitse-prezidenti, Milli Məclisin deputatı S.Möhbalıyevin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sehran Aktoprakla  görüşü olub.

04 avqust - AHİK-də 26 sentyabrda keçiriləcək referendumla əlaqədar respublika həmkarlar ittifaqlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

29 iyul - AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

12 avqust - Azərbaycan Həmkarlar İttifaqlarıın  “Kurort” Səhmdar Cəmiyyətinin “Şıx” sanatoriyasında əsaslı təmirdən sonra açılış mərasimi olmuşdur. Mərasimdə AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

01 sentyabr - “Şah palace” otelində Beynəlxalq Əmək Təşkilatının (BƏT) maliyyə dəstəyi ilə razılaşdırılmış “BƏT-in 204 saylı Tövsiyəsinin izahı və təsdiq olunması, qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqının siyasəti” kitabının təqdimatı olmuşdur. Tədbirdə AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

08 sentyabr - Bakıda “Şıx” sanatoriyasının konfrans zalında Pan Avropa Regional Şurasının (PARŞ) və AHİK-in təşkilatçılığı ilə “Gənclərin məşğulluğunun yeni formaları” mövzusunda konfrans keçirilmişdir. Konfransda AHİK sədri, BHİK və PARŞ-ın vitse-prezidenti, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

15 sentyabr - AHİK sədri, millət vəkili, 2016-cı ilin sentyabrın 26-na təyin edilmiş referendum ilə əlaqədar “Vətəndaş Cəmiyyəti” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Səttar Möhbalıyev Yevlax şəhərində seçicilərlə keçirilən görüşdə iştirak və çıxış etmişdir.

17 sentyabr - “Nizami” Kino Mərkəzində “Vətəndaş Cəmiyyəti”nin Referendum üzrə Təşviqat Qrupu üzvlərinin iştirakı ilə seçicilərlə görüş keçirilib. Görüşdə AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

24 sentyabr - Bakı İdman Sarayında Rabitə İşçiləri Müstəqil HİRK-in və “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti Respublika Şurasının birgə təşkilatçılığı ilə rabitə işçilərinin “Sağlamlıq-2016” Respublika Spartakiadasının açılış mərasimi olub. AHİK-in nümayəndəsi tədbirdə iştirak və çıxış edib.

25 sentyabr - AHİK sədri, millət vəkili S.Möhbalıyev MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səs verməyə (referendum) hazırlıq və onun təşkilinin monitorinqinin həyata keçirilməsi üçün beynəlxalq müşahidəçilərdən ibarət  missiyasını qəbul edib.

30 sentyabr - Azərbaycan hökuməti ilə BƏT arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul edilməsi və Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın yaradılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BƏT, BMT İnkişaf Proqramının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib. AHİK sədri, millət vəkili S.Möhbalıyev tədbirdə iştirak və çıxış edib.

13-17 oktyabr - İstanbulda “Memur-Sen” Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə Statistik, İqtisadi və Sosial Araşdırmalar və İslam ölkələri üzrə Təlim Mərkəzinin (SES-RİC) “İslam dünyasında həmkarlar ittifaqları” mövzusunda birgə təşkil etdiyi beynəlxalq simpozium keçirilmişdir. AHİK sədri, millət vəkili S.Möhbalıyev simpoziumda iştirak və çıxış etmişdir.

14 oktyabr - AR Sosial və İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın ilk iclası keçirilib. İclasda AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

19-23 oktyabr - Rusiya Federasiyası Tatarıstan HİF-in nümayəndə heyəti Bakıda işgüzar səfərdə olmuşdur.

20 oktyabr - AHİK ilə Tatarıstan HİF arasında “Qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında” Saziş imzalanmışdır.

25 oktyabr - AHİK-də əlaçı və ictimai işlərdə fəallıq göstərən bir qrup tələbəyə Təhsil İşçiləri Azad HİRK-in “Adlı təqaüdlərinin təqdimedilmə” mərasimi keçirilib. Tədbirdə AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

02-03 noyabr - AHİK BƏT ilə birgə “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri və fəaliyyət planı” mövzusunda seminar keçirmişdir. Seminarda AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

11 noyabr - AHİK-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in VI Plenumu keçirilmişdir. Plenumun işində AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

11 noyabr - Bakıda Beynəlxalq Avrasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin (BAİHİB) V qurultayı keçirilmişdir. Qurultayda AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.

17 noyabr - Moskvada Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda AHİK-in nümayəndələri iştirak və çıxış etmişlər.

18 noyabr - “Kənd-Qida İş” Hİ Federasiyasının VI Məclisi keçirilmişdir.

22-24 noyabr - Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasının (PARŞ) və Beynəlxalq Əmək Təşkilatının Moskva ofisinin təşkilatçılığı ilə “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri”  mövzusunda seminar keçirilmişdir. Seminarda AHİK sədri, millət vəkili S.Möhbalıyev iştirak və çıxış etmişdir.

25 noyabr - Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri HİRK-in VII Plenumu keçirilmişdir. Plenumda AHİK-in nümayəndəsi iştirak və çıxış etmişdir.