\ 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası\ nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI


Baxıldı : 293

Tarix : 2015-01-31 04:22:00


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə qərara alıram:1. \ 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası\ təsdiq edilsin (əlavə olunur).2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:2.1. Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etsin;2.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.İlham ƏLİYEV,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 26 yanvar 2015-ci il