2015-ci il...


Baxıldı : 350

Tarix : 2016-02-19 04:26:00


2015-ci ilin mart ayından işləyirəm. 6 ay işləyəndən sonra məzuniyyətə çıxmışdım. 2016-cı iln yanvar ayında yeni məzuniyyətə çıxmaq istədim, vermədilər, dedilər ki, sənə düşmür. Başa düşmürəm, mən 2015-ci ilə görə məzuniyyətə çıxmışdım, 2016-cı il üçün hələ məzuniyyətdən istifadə etməmişəm. Mən nə vaxt məzuniyyətə çıxa bilərəm?Rəna MEHDİYEVA,Ucar rayonu.- Əmək Məcəlləsinin 131-ci maddəsinə uyğun olaraq işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Siz də həmin hüququnuzdan istifadə etmişsiniz. Onu da qeyd etmək lazımdır ki, əmək məzuniyyəti təqvim ilinə görə yox, hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Sizin iş ilniz 2015-ci ilin mart ayının işə girdiyiniz gündən 2016-cı ilin mart ayının həmin gününədək olan dövrünü əhatə edir. Siz ikinci iş ili üçün məzuniyyətinizdən mart ayından sonra işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda istifadə edə bilərsiniz.İstehsalatda bədbəxt hadisə baş verdikdə bu hadisənin təhqiqatında həmkarlar ittifaqının iştirakı məcburidirmi?Fuad BABAYEV,Sumqayıt şəhəri.-\ İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması\ Qaydalarının 2-ci hissəsinə əsasən, xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin əmri ilə yaradılan komissiyanın tərkibinə müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndəsi daxil olunur.Qrup halında xəsarətlə və ya bir nəfər işçinin ölümü ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün sahə həmkarlar ittifaqı birliyinin nümayəndəsi yaradılan komissiyanın tərkibinə daxil edilir.Eyni zamanda iki-dörd işçinin ölümü və ya əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu) bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmri ilə yaradılan komissiyanın tərkibinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi daxil edilir.Sahə həmkarlar ittifaqı birliyi, müəssisənin həmkarlar ittifaqı təşkilatı təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə hadisə baş verən gün rəsmi məlumat verməlidi.Torpaq sahəsi üzərində mülkiyyət hüququ vərəsəlik qaydasında keçirmi? Hansı qaydada və necə keçir?Sona VEYSƏLOVA,Sumqayıt şəhəri.- Torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi Torpaq Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 92-ci maddəsinə əsasən, mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir.Məcəllənin tələblərinə görə, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir.Onu da qeyd etmək lazımdır ki, dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər.Torpaq sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik yaşına çatana qədər icarəyə verə bilərlər.Bizim müəssisəyə bilet nəzarətçisi vəzifəsinə işçi götürülür. Amma 0,5 ştat vahidi ilə götürüldüyünə görə ona əməkhaqqının yarısı qədər maaş veriləcək. Bildiyimə görə də işçiyə minimum əməkhaqqından aşağı maaş verilməməlidir. Həm də, deyəsən, buna görə idarəni cərimə də eləyirlər. Xahiş edirəm, mənə bu barədə geniş məlumat verəsiniz.Aydın QULİYEV,Balakən rayonu.- Əmək Məcəlləsinə əsasən, əməkhaqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi üzrə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların digər ödənclərin məcmusudur (Əmək Məcəlləsi, maddə 154).Minimum əməkhaqqı isə-iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericilikdə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz (Əmək Məcəlləsi, maddə 155).Qanunvericiliyin bu tələbinin pozulması zamanı, yəni işçiyə qanunvericilikdə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə İXM-in 53.3 maddəsi ilə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.Lakin məktubunuzdan məlum olur ki, bilet nəzarətçisi vəzifəsinə işçi 0,5 ştat vahidi ilə götürülüb. Deməli, həmin işçi əmək funksiyasını natamam iş vaxtı sistemində yerinə yetirəcəkdir və aldığı əməkhaqqı da buna mütənasib olaraq ödəniləcəkdir. Əmək Məcəlləsinin 171-ci maddəsinə əsasən, adıçəkilən Məcəllədə nəzərdə tutulmuş qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əməkhaqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir. Ona görə də qeyd etdiyiniz işçiyə ödənilən əməkhaqqı minimum əməkhaqqından az olsa da, qanunvericiliyin tələbinə görə tam ştat üçün nəzərdə tutulan tarif maaşının yarısı qədər olacaqdır.8 aylıq uşağım var. İşimlə əlaqədar olaraq uşağa qulluq etməkdə çətinliyim olur. Daha yüngül işə keçə bilərəmmi? Bu zaman əməkhaqqım necə hesablanacaq?Aysel NƏBİYEVA,Bakı şəhəri.- Respublikamızda qüvvədə olan qanunvericilik aktlarında qadınlara bir çox imtiyaz və güzəştlər nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin bir çox maddəsində qadınların fizioloji xüsusiyyətlərinə uyğun olan əmək standartları müəyyən edilmişdir.Sualınız işləyən qadınlara Əmək Məcəlləsinin 243-cü maddəsində verilən imtiyazlara aiddir. Maddədə həm hamilə qadınların, həm də yaşyarımadək uşağı olan qadınların daha yüngül işə keçirilməsindən danışılır. Maddənin 2-ci hissəsinə görə \ yaşyarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağı yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaşyarımına çatanadək başqa yüngül işə keçirilməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir\ .Uşağınız 8 aylıqdırsa, daha yüngül işə keçirilmək üçün ərizə ilə işəgötürənə müraciət edin.Əməkhaqqının hesablanması qaydası da qanunvericiliklə tənzimlənir. Əmək Məcəlləsində nəzərdə tutulur ki, yaşyarımadək uşağı olan qadınların yüngül işə keçirilməsi zamanı orta əməkhaqqı saxlanılır (ƏM, maddə 177). Onların əməkhaqqı əvvəlki vəzifədə aldıqları əməkhaqqından aşağı ola bilməz. Belə ki, yeni vəzifədəki əməkhaqqı əvvəlkindən az olarsa, onda Sizə əvvəlki vəzifədəki əməkhaqqı veriləcək. Əgər yeni vəzifədə əməkhaqqınız əvvəlkindən yüksək olarsa, onda yeni vəzifədəki əməkhaqqı ödəniləcək. Qəzetinizin ötən saylarının birində müddətli əmək müqaviləsinin bağlanması haqqında sualı cavablandırmışdınız. Bəs belə müqavilələrə xitam verilməsi qaydası necədir və bu məsələ Əmək Məcəlləsində göstərilmişdirmi?Oruc HƏBİBOV,Salyan rayonu.- Bəli, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası da Əmək Məcəlləsində müəyyən edilmişdir.Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, müvafiq qaydada iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.