2015-ci il Azərbaycan üçün çətin olmayacaq


Baxıldı : 262

Tarix : 2015-01-31 04:45:00


\ Moody\'s\ beynəlxalq reytinq agentliyinin bu günlərdə dərc olunan illik kredit hesabatında Azərbaycanın biznes mühitinin yaxşılaşması fonunda investisiya reytinqinin artması üçün əlverişli mühitin mövcudluğunu bildirir.Avropa və Asiya regionu dövlətlərinin makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, ölkələrin daxili və xarici borc öhdəliklərinin durumu, həyata keçirilən pul-kredit siyasəti və digər komponentlərin təhlil edildiyi sənəddə vurğulanır ki, Azərbaycanda maliyyə sabitliyinin dözümlü olması ölkə iqtisadiyyatını daxili və xarici şoklardan qorumağa kömək edir. Qiymətləndirmələrdə biznesin həm daxili, həm xarici amillər üzrə mövcud vəziyyəti, yerli və xarici sahibkarların iş fəaliyyətini, rəqabətqabiliyyətliliyi, özəl biznesin ixrac imkanları və digər indeksləri təhlil edən ağentliyin ekspertlərinin qənaətinə görə, bu faktorlar Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin \ Ba1\ investisiya səviyyəsində möhkəmliyini təmin edir, eyni zamanda yeni reytinqin müəyyənləşməsinə zəmin yaradır. Təşkilat hesab edir ki, son illər ölkəmizdə sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması üçün addımlar atılıb, bürokratik əngəllərə son qoyulub. Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması məqsədi ilə xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayı kəskin surətdə azaldılıb, lisenziya müddəti uzadılıb, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu sahədə şəffaflığı təmin edən qaydalar tətbiq edilib. Biznes mühitinin yaxşılaşması, sahibkarlığa daha əlverişlı fəaliyyət meydanının yaradılması, onların müdafiəsi ilə bağlı daha təkmil mexanizmləri özündə əks etdirən qaydaların tətbiq olunması investisiya reytinqinin müəyyən edilməsində mühüm rol oynayıb. Bütün bunlar isə Azərbaycanın qısa və ortamüddətli perspektivdə investisiya reytinqinin dəyişəcəyini, \ BB-A-3\ səviyyəsində yeni reytinq əmsalı əldə edəcəyini proqnozlaşdırmağa əsas verir.ELBRUS