2016-cı ildə qənaət paketi\ tətbiq olunacaq


Baxıldı : 256

Tarix : 2015-12-19 05:27:00


Maliyyə Nazirliyi 2016-cı ildə dövlət büdcəsi vəsaitlərinin məsrəfsiz xərclənməsinin qarşısını almaq məqsədilə \ qənaət paketi\ hazırlayıb. \ 2016-cı il dövlət büdcəsi haqqında\ qanunun tətbiqi ilə əlaqədar nazirlik gələn il vəsaitlərin səmərəli xərclənməsi və digər işlərə dair \ Tədbirlər planı\ nı da təsdiq edib. Maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılması maliyyə orqanları qarşısında başlıca şərt kimi qoyulub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan xərclər üzrə qənaət rejimi tətbiq ediləcək və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlər həyata keçiriləcək. Gələn il müdafiə olunan xərclər üzrə, o cümlədən əməkhaqqı, sosial müavinətlər, pensiya, təqaüd və digər sosial ödənişlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək. Digər xərclər üzrə bəzi \ qayçılanmalar\ gözlənilir. Qənaət rejiminə əsasən, infrastruktur layihələrinin böyük bir qisminin icrasının müvəqqəti olaraq dayandırılması və təxirə salınması da nəzərdə tutulur. Qənaət rejimi bir çox dövlət təşkilatlarının öz daxili xərclərinə, təsərrüfathesablı müəssisələrin yerli büdcələrinə də şamil olunacaq. Artıq Dövlət Neft Şirkəti maliyyə dayanıqlığının saxlanılması və xərclərin optimallaşdırılması istiqamətində tədbirlər planı hazırlayıb. Plana əsasən, SOCAR-ın strukturuna daxil olan qurumların bir sıra xərcləri ləğv edilib. Bu cür qənaət planına əsasən, bəzi nazirlik və komitələrin daxili strukturlarının ləğvi də gözlənilir. ELBRUS