2016-cı ilin büdcəsində dəyişikliklər ola bilər


Baxıldı : 255

Tarix : 2015-12-12 06:29:00


Dünya birjalarında neftin qiymətində baş verən son dəyişikliklər və OPEK-in bir neçə gün öncə keçirilən iclasında hasilatı yenidən artırmaq barədə qərarı yanacağın daha da ucuzlaşmasına yol açmaqdadır. Dekabrın ilk ongünlüyü neftin qiymətinin son illərdəki ən aşağı həddə çatmasına səbəb olub və yanacaq bazarında qeyri-müəyyənlik bir qədər də artır. Dünyanın enerji analitika mərkəzləri qiymətlərin qalxmayacağı haqqında bədbin proqnozlar verməkdədirlər. Hətta neftin 2016-cı ildə 30-35 dollar civarında olacağı gözlənilir. Bu isə 2016-cı ilin dövlət büdcəsində neftin qiymətinə yenidən baxılmasını gündəmə gətirir. Məlum olduğu kimi, gələn ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Maliyyə Nazirliyinin bildirdiyinə görə, neftin qiymətinin, pessimist ssenariyə əsasən, Azərbaycan üçün \ qırmızı xətti\ 40 dollardır. Bundan aşağı qiymət əmsalı olduğu halda, hökumət büdcə-maliyyə məsələlərinin tənzimlənməsində digər addımlar atmağa qərar verə bilər. Artıq bu məsələyə maliyyə naziri Samir Şərifov münasibət bildirib. Qeyd edib ki, əgər qiymətlər aşağı düşərsə, alternativ büdcə variantı gündəmə gələ bilər. Alternativ büdcə sisteminin hazırlanması ölkəmizə dünya iqtisadiyyatında baş verəcək hər hansı proseslərə çevik reaksiya verməyə imkan yaradacaq. Alternativ büdcə paketinə əsasən, xərclərin yenidən azaldılması, xüsusən də investisiya layihələrinin böyük bir qisminin təxirə salınması nəzərdə tutulur. Amma hökumət qənaətli və \ sıxılmış\ büdcə zərfində social xərcləri azaltmağı düşünmür. Çünki büdcənin sosial xərclər bölməsi Dövlət Neft Fondunun transfertləri ilə bağlı deyil və digər xərc bölmələri Fondun transfertləri ilə tənzimlənir. Neftin 40 dollar olması isə DNF üçün pis ssenari sayılır və valyuta ehtiyatları azaldığından büdcəyə transfertlər çətinləşir.ELBRUS