2018-ci ildə “Formula-1” Azərbaycan Qran-Prisi aprel ayında keçiriləcək


Baxıldı : 75

Tarix : 2017-06-21 21:51:16


2018-ci ildə “Formula-1” Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.

Bu barədə məlumat Beynəlxalq Avtomobil Federasiyasının saytında yer alıb. Növbəti mövsümün təqviminə 21 mərhələ daxildir. Çempionat martın 23-25-də Melburnda Avstraliya Qran-Prisi ilə başlayacaq, noyabrın 23-25-də Əbu-Dabidə başa çatacaq.

Fransa Qran-Prisi on il keçəndən sonra, Almaniya Qran-Prisi (Xoffenxaymda keçiriləcək) bir il keçəndən sonra çempionata qayıdır. Malayziya mərhələsi təqvimi tərk edib. Əvvəlki iki mövsümü yazda olmuş Rusiya Qran-Prisinin vaxtı sentyabra keçirilib. Yarışların tarixinin dəyişdirilməsi futbol üzrə dünya çempionatına hazırlıqlarla bağlıdır.

Çempionatın tarixində ilk dəfə Qran-Pri üç həftəsonu ardıcıl keçirilə bilər: təqvimin indiki cədvəlinə görə, komandalar mərhələləri ardıcıl olaraq Fransada (Formula-1-ə rəsmən qayıdır), Avstriyada və Böyük Britaniyada keçirəcəklər.

 

 

Azər MUSTAFAYEV