2020-ci ilə kimi torpaq satışı qadağan olundu


Baxıldı : 540

Tarix : 2015-02-14 04:15:00


Azərbaycanda fərdi ev tikintisi üçün ayrılmış torpaqların 5 il ərzində satışı qadağan edilib. \ Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında\ qanuna edilən dəyişikliklərə əsasən, bələdiyyələrdən açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilən torpaqların satılması 5 il mümkün olmayacaq. Qanunun 9.1-ci maddəsinə edilən dəyişikliyə görə, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.Qanuna əlavə edilən 9.8-ci maddəyə əsasən, torpaqların dövlət ehtiyacları üçün alınması və beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və qanunun 6.2-ci maddəsinə əsasən, tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.ELBRUS