215 nəfər əməkdaş tibbi müayinədən yararlandı


Baxıldı : 257

Tarix : 2019-04-05 18:44:34


Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyev fevralın 12-dən mayın 12-dək əhalinin tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdi. Tapşırığa uyğun olaraq Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının tibbi müayinəsi təşkil edilmişdir. Bu aksiya institutun həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə baş tutmuşdur.  Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 16, 19 saylı poliklinikaları və Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparıldı. Əməkdaşlar terapevt, nervopatoloq, kardioloq, LOR, USM, oftalmoloq müayinəsindən keçdilər. Ümumilikdə 215 nəfər əməkdaş bu müayinələrdən yararlana bildi.