25 il kulinariyamızın keşiyində


Baxıldı : 221

Tarix : 2016-05-06 04:58:00


Mayın 4-də Bakıda \ Sərin\ restoranında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə AMKM-in 25 illiyinə həsr edilmiş tədbir keçirilib.Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın bölgələrindən gəlmiş qonaqlar, tanınmış kulinarlar iştirak ediblər.Mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan mətbəxinin qədim tarixindən söhbət açıb. Deyib ki, Azərbaycan mədəniyyəti daşıyıcılarının bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil. Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb.Nazir bildirib ki, onların milli kulinariyamızı mənimsəmə cəhdlərinin qarşısı alınır. Bu işdə qeyri-hökumət qurumlarının və mətbuatın da üzərinə böyük vəzifələr düşür.Azərbaycan Milli Kulinaiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov Mərkəzin 25 illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. \ Xidmət-İş\ Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov tədbirdə çıxış edərək Azərbaycan Milli Kulinariya Mərkəzinin kollektivini 25 illiyi münasibətilə təbrik etdi. Bildirdi ki, Milli Kulinariya Mərkəzinin yaradılmasında və inkişafında Federasiyanın böyük əməyi var.Sonra idarə rəhbərinə AHİK-in, bir qrup qabaqcıl işçiyə isə Federasiyanın Fəxri diplomlarını və qiymətli hədiyyələrini təqdim etdi.Cavid SƏFƏROV