3 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar


Baxıldı : 185

Tarix : 2019-06-07 13:46:15


Mayın 24-26-da Gürcüstan Respublikasının Batumi şəhərində David Bedinadzenin şərəfinə yunan-Roma güləşi üzrə məktəblilər arasında beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti (KBTİC) İctimai Birliyi 9 güləşçi ilə təmsil olunub. Yarış idmançılarımız üçün uğurlu olub və onların 9-u da Azərbaycana medallarla qayıdıb. Medalların əyarları isə 3 qızıl, 2 gümüş, 4 bürüncdən ibarət olub.

İctimai Birliyin yetirmələri Davud Kərimov (26 kq.), Amin Əkbərov (32 kq.) və Abdulla Baxışlı (47 kq.) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən ali pilləsinə qalxıblar. Fərid Fərzəliyev (47 kq.) və Ayxan Dəmirov (42 kq.) yalnız finalda məğlub olaraq ikinci yerlə kifayətlənməli olublar. Ömər Vəkilov (53 kq.), Elçin Əkbərli (35 kq.), İmran Əhməd (35 kq.) və Teymur Hüseynov   (32 kq.) isə üçüncü yeri tutublar. Ümumkomanda hesabında “Spartak” KBTİC İctimai Birliyinin komandası II yerə layiq görülüb.

Turnirdə Gürcüstan  idmançıları ilə yanaşı İran, Türkiyə, Ermənistan güləşçiləri də iştirak ediblər.

Azər MUSTAFAYEV