300 dişli köpək balığı


Baxıldı : 1505

Tarix : 2015-01-24 06:03:00


Avstraliyalı balıqçılar köpək balığı növünə məxsus qəribə məxluq tapıb. Bu, ankvil balığı formasında olan tünd qəhvəyi rəngli köpək balığıdır. Ona hətta \ canlı tapıntı\ adı veriblər. Çünki tapılan köpəkbalığı 6 cüt büzmə qəlsəməsinə görə tarixə qədərki balığı xatırladır.Qəribə məxluqu tapan balıqçılardan biri deyib: \ Onun ağzında 25 cərgədə yerləşmiş 300 diş var. Onun ağzına düşən heç kim oradan sağ çıxa bilməz\ . Köpəkbalığı 2 metr uzunluqdadır. Qədim dövrə məxsus olan köpək balığı ilk dəfədir ki, Avstraliya sahillərində peyda olur.