37 min dollara satılan balıq


Baxıldı : 276

Tarix : 2015-01-10 04:43:00


Tokioda Tsukiji topdansatış bazarında çəkisi 180 kq olan mavi tuna balığı 2015-ci ilin ilk balıq hərracında 4,51 milyon yenə (37,6 min dollara) satılıb.Sakit okeanda Yaponiyanın Aomori prefrekturası yaxınlığında ovlanmış tuna balığını, keçən ildə olduğu kimi, bu dəfə də Tokionun Kiyomura iri restoran şəbəkəsinin sahibi Kiyoşi Kimura alıb.Tsukiji bazarında ilk hərraca bir qayda olaraq ən iri balıqlar çıxarılaraq bu sahədə alış-verişə və ölkə iqtisadiyyatının durumuna müsbət dinamika verilmiş olur. Hərracda tuna balığının rekord məbləğdə satışı 2013-cü ildə qeydə alınmışdı: 222 kiloluq mavi tuna balığı 155,4 milyon yenə (həmin vaxtın məzənnəsi ilə 1,49 milyon dollara) satılmışdı.CAVİD