5 il müddətinə müqavilə imzalandı


Baxıldı : 43

Tarix : 2018-12-01 06:02:54


Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov Türkiyənin Ankara şəhərində “Memur-Sen” Konfederasiyasının sədri Əli Yalçınla görüşmüşdür.

Görüşdə bölgədə gedən proseslər, bu proseslərin həmkarlar ittifaqının fəaliyyətinə təsiri və sair məsələlər barədə danışılmışdır. Sonra AHİ və konfederasiya, onun üzv qurumları arasında 5 il müddətinə müqavilə imzalanmışdır. Müqavilədə informasiya, iş təcrübəsinin mübadiləsi, birgə seminarların keçirilməsi, tədris mərkəzlərinin əməkdaşlığı, qarşılıqlı səfərlər və sair nəzərdə tutulmuşdur.

İmzalanma mərasimində konfederasiyanın və üzv təşkilatların məsul şəxsləri iştirak etmişlər.