50 milyon dollar udub


Baxıldı : 90

Tarix : 2017-05-13 02:08:03


Avstraliyada işsiz olan bir şəxs lotereyadan 50 milyon dollar udub.

30 yaşlı Sidney sakini bildirib ki, əldə etdiyi pulu yaxınları ilə bölüşəcək. O, pulun bir hissəsini ailəsinə, dostlarına və xeyriyyə fondlarına verəcək: "Həyat dəyişir. Mən hətta bilmirəm ki, 50 milyonda nə qədər sıfır var".

Qeyd edək ki, bu, Avstraliya tarixinin ən böyük uduşlarındandır.

 

Azər MUSTAFAYEV