65 yaşım...


Baxıldı : 411

Tarix : 2015-10-17 00:44:00


65 yaşımda ərizəmlə pensiyaya çıxmışam. İş stajım 43 il olmaqla 18 ilini dövlət qulluğunda çalışmışam. Axırıncı işim rayonun Mahamalar kəndində icra nümayəndəsi vəzifəsidir. 10 il həmin vəzifəni icra etmişəm.\ Dövlət qulluğu haqqında\ əsasnaməyə əsasən, ərizə ilə işdən çıxdığım zaman mənə son hesablaşma kompensasiya verilməli idi.Iəbəbini isə izah etmədilər. Sadəcə, deyirlər sənə düşmür.Mənə qanuni kompensasiya düşməsi və ya nə səbəbə görə verilməməsi barədə məlumat verməyinizi xahiş edirəm.Sabir MAHMUDOV,Balakən rayonu, Mahamalar kəndi.- Sorğunuzu cavablandırarkən elə özünüzün \ Mən ərizəmlə 65 yaşımda pensiyaya çıxmışam\ ifadəsindən başlamaq istəyirik və bununla əlaqədar izah edirik ki, qüvvədə olan qanunvericiliyə əsasən, dövlət qulluqçusunun pensiyaya çıxma yaşı və dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi bir-birindən fərqli məfhumlardır.Belə ki, \ Əmək pensiyaları haqqında\ qanunun 7-ci maddəsinə əsaəsn, kişilər 63 yaşına çatdıqda və müvafiq sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Bu yaş həddi dövlət qulluğunda çalışan dövlət qulluqçularına da aiddir.\ Dövlət qulluğu haqqında\ qanunun 32-1-ci maddəsinə əsasən isə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.Əgər Siz 65 yaşında ərizə yazıb öz arzunuzla dövlət qulluğuna xitam vermisinizsə, bu, yaşa görə pensiyaya çıxmaq üçün yox, dövlət qulluğunda çalışmanın yaş həddinə çatdığınız üçün öz arzunuzla dövlət qulluğuna xitam verilməsi deməkdir.\ Dövlət qulluğu haqqında\ qanunda dövlət qulluğuna xitam verilməsinin bir neçə əsası müəyyən edilmişdir (maddə 33). Lakin dövlət qulluqçusunun pensiya yaşına çatması bu əsaslara daxil edilməmişdir. Eyni zamanda qeyd etdiyiniz dövlət qulluğundan çıxmağa görə kompensasiya (birdəfəlik haqq) da elə həmin maddədə nəzərdə tutulur. Amma bu birdəfəlik haqq adıçəkilən maddədə qeyd edilmiş heç bir əsasa yox, təkcə pensiya yaşına çatmaqla əlaqədar dövlət qulluğundan çıxmağa aiddir: \ Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində haqq verilir və bu məbləğdən vergi tutulmur\ (maddə 33.2).Qüvvədə olan qanunvericiliyin tələbləri baxımından verilən cavab düzgündür. Belə ki, 63 yaşınız olanda öz arzunuzla dövlət qulluğuna xitam vermiş olsaydınız, qeyd olunan məbləğ Sizə verilməli idi. İndiki şərtlərdə, yəni 65 yaşında dövlət qulluğuna xitam verdiyiniz üçün ümumi qaydada hesablanmış pensiyanın aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqqın Sizə ödənilməməsi qanunauyğundur.16 yaşım var. İşləmək istəyirəm. Deyirlər yaşı 18-dən az olan işçilərə xüsusi təminatlar müəyyən edilib. Bilmək istəyirəm, azyaşlı olduğuma görə qanunvericilikdə mənim üçün hansı qaydalar, təminatlar nəzərdə tutulub?Vüqar HƏSƏNOV, Bakı şəhəri. - Əmək Məcəlləsində yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri və onlar üçün müvafiq təminatlar nəzərdə tutulub.1.On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır2.Yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.3.Yaşı 18-dən az olan şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir. 4. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır. 5.Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.6. On səkkiz yaşına çatmamış işçilər qısaldılmış iş vaxtı şəraitində işləyirlər.15 yaşından 16 yaşınadək şəxslər üçün həftəlik iş saatı 24 saat,16-18 yaşınadək şəxslər üçün isə 36 saat müəyyən edilib. Onu da qeyd etmək lazımdır ki, onlara əməkhaqqı müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir.7. Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.8. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.9. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.10. On səkkiz yaşına çatmamış işçilər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.11.Yaşı on səkkizdən aşağı olan işçilərin arzusu ilə əmək məzuniyyəti onlar üçün əlverişli olan vaxtda verilə bilər.12.Yaşı 18-dən az olan işçilərin attestasiyası keçirilmir.13.Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin \ c\ bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.Onu da qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 53.9. maddəsi ilə işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda və 53.10.maddəsinə görə işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.18 ildir \ ADY\ QSC İnfrastruktur Departamenti 6 №-li müəssisənin Salyan yol sahəsində kran-drezin DQK-689 markalı dizel mühərrikli kran drezində maşinist köməkçisi vəzifəsində çalışıram. İşlədiyim dövr ərzində zərərli işə görə ödənc almışam. 2014-cü il sentyabr ayının 5-də 57 yaşım tamam olub. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün müəssisənin kadrlar şöbəsinə və DSMF-in Salyan rayon şöbəsinə müraciət etmişəm. Müraciətimə cavab olaraq mənə bildirirlər ki, sənə pensiya düşmür. Səbəb də göstərirlər ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli \ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı\ nın təsdiq edilməsi barədə 12 №-li qərarının 21.4-cü bölməsində kran drezin maşınıst köməkçisinin adı qeyd olunmayıb. Onlar nə dərəcədə haqlıdırlar?Mehman BABAYEV,Salyan rayonu, Quyçu kəndi.- \ Əmək pensiyaları haqqında\ qanunun 9.1-ci maddəsində qeyd edilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.\ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı\ isə Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.Deməli, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təkcə yaşa və staja görə qazanılmır, həm də çalışılan sahənin adı qeyd olunan Siyahıda dəqiq göstərilməlidir.Məktubunuzda qeyd edirsiniz ki, dizel mühərrikli kran drezində maşinist köməkçisi işləyirsiniz və dizellə işlədiyiniz üçün bu sahə zərərli sahə sayılır.Siyahının 21-ci bölməsi \ Nəqliyyat\ adlanır. 21.4-cü bənddə isə \ Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər\ yer alıb. Həmin hissədə dizel qatarlarının maşinist köməkçilərinin adı qeyd olunsa da, qeyd etdiyiniz dizel mühərrikli kran drezin maşinist köməkçisi qeyd olunmayıb.Yaşınız və stajınız çatırsa, vəzifənizin Siyahıda qeyd olunan \ dizel qatarlarının maşinist köməkçiləri\ vəzifəsi ilə eyni olduğunu iddia edirsinizsə, onda Azərbaycan Respublikası DSMF-yə və ya Fondun Salyan rayon şöbəsinə müraciət edib daha ətraflı məlumat ala bilərsiniz.