Ağac kəsənlər gələcəyini məhv edir


Baxıldı : 169

Tarix : 2016-11-04 05:01:00


Oktyabrın 16-da Milli Məclisin aqrar siyasət, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda Meşə Cinayəti, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrində, \ Ətraf mühitin mühafizəsi haqqında\ və \ Ətraf mühitə dair informasiya almaq haqqında\ qanunlarda dəyişikliklər edilməsi barədəqanun layihələri daxil edilib. Müzakirəyə təqdim olunmuş layihəyə əsasən, ağac kəsənlərin cəriməsi xeyli sərtləşdirilib. Şəhərlərdə və digər yaşayış məntəqələrində, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllaqların məhvinə görə hətta 45 min manata qədər cərimə nəzərdə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti 2015 - ci ildə 10141 hektar sahədə meşəbərpa tədbirləri görüb. İl ərzində müəssisələrdə keçirilən bütün növ yoxlama və araşdırmalarda 146482 manat məbləğində 21352 kubmetr həcmində ağacların qanunsuz kəsildiyi müəyyən olunub. Qanunamüvafiq tədbirlər görülüb. Aktlaşdırılan meşəpozmalarına görə hesablanan ziyandan 102346 manat ödənilib. Yol verilən qanunsuz qırıntılara görə təqsirkar olan şəxslər barəsində tədbirlərin görülməsi məqsədilə 185 iş hüquq - mühafizə orqanlarına və məhkəmələrə göndərilib. Bu cərimələrin artırılması , yaşıllığı məhv edənlərin işlərinin hüquq - mühafizə orqanlarına göndərilməsi bütün bunların qarşısını ala biləcəkmi? Layihədə göstərilənlərə həm deputatların, həm də kənd yerlərində yaşayan insanların fikirlərini bilmək istədik. Müxtəliflik çoxdur. Müzakirələrdə iştirak edən deputat Rövşən Rzayevlə əlaqə saxladıq. O qeyd etdi ki, cərimələrin artırılması ilə tam razıyam. Əgər insanların istiliklə təminatında yaranan problemlər olmasa heç ağaclar da kəsilməz. Şəhərlərimizdə də qeyri - məlum insanlar tərəfindən ağacların məhv edilməsi adi hal alıb. Deputatın bu fikirləri ilə tam razılaşmaq lazımdır. İndi, demək olar ki, ən ucqar yerlərə də qaz çəkilib. Lakin qazın verilməsi normalara uyğun gəlmir. Buna görə də adamlar soyuqdan qorunmaq üçün meşələrə üz tuturlar. Qarşılaşdığım bir faktı qeyd edim. Oğuzun Muxas kəndi çox gözəl bir yerdə yerləşir, orada yayda da olmuşam, qışda da. Ağac kəsən mişarın səsi demək olar ki, meşədən kəsilmir. Belə bir iş keyfiyyəti ilə bir neçə rayonu odunla təmin etmək olardı. Əvvəllər həmin sahələrə mühafizəçi kimi baxmış Sərdar kişi deyir ki, heç kimi qınamalı deyil. Rayonun demək olar yeganə kəndidir ki, qazı yoxdur. Meşələrimizə baxanda ürəyim ağrıyır. Nə qədər qiymətli ağaclarımız məhv edilib və bu meşə \ soyqırımı \ davam edir. Hər 20 -25 metrdən bir ağac qalıb. Son vaxtlar bir çox böyük marketlərdə yaxşı qablaşdırılmış \ odun kömürü \ satılır. Hər birimiz də bunları görürük və alırıq. Cərimələrin artırılması hansı faydanı verəcək? Bax, bu haqda düşünməyə dəyər.Əhəd İBADOV